Icma.az
close
up
RU
Moldovanın xəbər portalı COP29un əhəmiyyətindən yazdı FOTO

Moldovanın xəbər portalı COP29un əhəmiyyətindən yazdı FOTO

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.

Metbuat.az xəbər verir ki, Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Moldova Prezidenti və Bakıda keçirilən COP29-un digər iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər” sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib.

Məqalədə bildirilir ki, Bakıda COP29-un iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının sammiti baş tutub və burada Moldova Prezidenti Maya Sandu da çıxış edib. Sandu qlobal ekoloji problemlərin həllində inkişaf etməkdə olan ölkələrə dəstək verilməsinin zəruriliyi ilə bağlı sessiyanın əsas doktrinasını alqışlayıb.

“Yaşıl Zona” ərazisində bütün maraqlı tərəflərin - fəallardan və özəl təşəbbüslərin tərəfdarlarından tutmuş iri biznes və dövlət qurumlarının nümayəndələrinə qədər çoxşaxəli ünsiyyət təşkil olunur. “Mavi Zona”da sessiyalar, görüşlər və sammitlər keçirilir.

Yazıda daha sonra qeyd olunur ki, müxtəlif ölkələrin onlarla prezident və digər yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Afrika, Latın Amerikası və xüsusilə kiçik ada dövlətlərindən olan ölkələr geniş nümayəndə ilə təmsil olunub.

COP29-a ev sahibliyi edən tərəfin əsasi diqqəti ekoloji bərabərlik məsələsinə yönəlib. Forumun əsas məqsədinə görə, həm karbohidrogenlərin istehlakında, həm də zərərli emissiyaların istehsalında lider olan inkişaf etmiş ölkələr iqlimə təzyiqə görə məsuliyyəti öz üzərinə götürməli və təbiətə dəyən zərərin ödənilməsində daha zəif ölkələrə kömək etməlidir.

Əslində, bütün COP konfranslarının məqsədi sənayedən əvvəlki dövrdə və 2015-ci il Paris Sazişinin tələb etdiyi kimi, karbon qazının miqdarını və qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. Eyni zamanda, dövlət başçılarının, ətraf mühit fəallarının və ekspertlərin bəyanatlarına görə, COP29-dan bu problemin həlli istiqamətində konkret addımlar gözlənilir.

Sonda vurğulanır ki, Bakıda keçirilən COP-29-da qlobal temperaturun artmasının qarşısını almaq üçün Parisdə iqlim sazişinin imzalanmasından 9 il sonra karbon bazarları üzrə mühüm razılaşma artıq əldə olunub. Tədbir zamanı BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinin qarşısının alınması üçün vaxtın daraldığını bildirib və bu məqsədlə ayrılan vəsaitin artırılmasına çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri