Icma.az
close
up
RU
Moldovanın yeni hökumətinin əsas hədəfi Avropaya tam inteqrasiya

Moldovanın yeni hökumətinin əsas hədəfi Avropaya tam inteqrasiya

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kişineu, 11 noyabr, AZƏRTAC

Moldova parlamenti və hökuməti yenidən formalaşdıqdan sonra xarici siyasətlərinin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlərin əsas istiqaməti isə Moldovanın Avropaya tam inteqrasiyası və yaxın illərdə ölkənin Avropa İttifaqına üzv olmasıdır.

Moldova parlamentinin hakim “Hərəkət və həmrəylik” partiyasından olan üzvü Yevgeni Sinkeviç AZƏRTAC-a açıqlamasında bildirib ki, ölkəsi Avropaya inteqrasiya yolunu davam etdirəcək - vətəndaşların əksəriyyəti buna səs verib: “Moldovanın Avropa İttifaqına üzv olmasını təmin etmək üçün hər gün çalışacaq 55 parlament üzvümüz var”.

Onun sözlərinə görə, Avropa İttifaqı, ehtimal ki, dünyada ən çox müxtəlif milli azlıqlara, mədəniyyətlərə və dillərə dəyər verən birlikdir və buna görə də çoxmədəniyyətli bir ölkə olan Moldova onun daxilində özünü çox rahat hiss edəcək. Azərbaycan icması isə Moldova cəmiyyətinə daha çox inteqrasiya olunacaq.

Moldova parlamentinin sabiq deputatı Vitali Jakot isə AZƏRTAC bildirib ki, parlament seçkilərindən sonra da Moldovada sabitlik hökm sürür. Moldova parlamenti və yeni hökumət Avropaya inteqrasiya, iqtisadi göstəricini yüksəltməyi qarşısına hədəf kimi qoyub.

“Bununla da əvvəlki hökumət və parlamentin başladığı işləri indiki hökumət islahatlar şəklində davam etdirəcək. Bu prosesləri daha da sürətləndirəcək. Avropaya inteqrasiya üçün tez bir zamanda islahatlar həyata keçirilməlidir. Moldova qarşılıqlı anlaşmada olan xarici ölkələrlə əməkdaşlığını davam etdirəcək. Sözsüz ki, burada prioritet Avropa ölkələri olsa da, bu o demək deyil ki, Yaxın Şərq ölkələri və keçmiş Sovet İttifaqı ölkələri ilə münasibət ikinci plana keçəcək. Qafqaz və Orta Asiya ölkələri ilə də əməkdaşlıq inkişaf etdiriləcək. Əməkdaşlıq sahələri müxtəlif olacaq. Bura enerji, təhsil, mədəniyyət və bütün sahələr daxildir. Moldova şərqlə qərb arasında əla körpüdür. Moldova şərq ölkələri üçün qərbə, Avropaya tramplin istiqamətində əlverişli rol oynaya bilər”,-deyə Jakot əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri