Moldovaya düşən Rusiya dronunda partlayıcı aşkarlanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün səhər Moldovanın Ştefan-Vodı rayonunun Krokmaz kəndində tapılan Rusiya istehsalı pilotsuz uçuş aparatında (PUA) partlayıcı maddə olduğu müəyyən edilib.
APA xəbər verir ki, bu barədə Moldova polisi “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, birbaşa təhlükə yarandığı üçün polisin texniki-partlayış bölməsinin mütəxəssisləri hadisə yerində nəzarətli partlayış həyata keçirəcəklər.
Hazırda təhlükə səviyyəsi qiymətləndirilir, uçuş aparatının döyüş hissəsinin zərərsizləşdirilməsi və insidentin bütün hallarının araşdırılması üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, Moldovanın Xarici İşlər Nazirliyi insidentə münasibət bildirərək bunu “Moldovanın suverenliyinin kobud şəkildə pozulması” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















