GTA 6 dan görünməmiş rekord PlayStation tarixində belə hadisə olmayıb
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyanın ən çox gözlənilən videooyunlarından biri olan GTA 6 satışa çıxdıqdan sonra böyük maraqla qarşılanıb. Oyun PlayStation tarixində indiyədək qeydə alınan ən uğurlu başlanğıca imza atıb.
“Yeni Sabah” xəbər verir ki, “Sony” şirkətinin açıqladığı məlumatlara əsasən, noyabrın 22-dək PlayStation 5-də GTA 6 oynayanların sayı 39 milyonu ötüb. Oyun PlayStation tarixində eyni vaxtda ən çox oyunçunun iştirak etdiyi layihə kimi də rekorda imza atıb. Bununla da həm çoxnəfərli, həm ödənişsiz, həm də tək nəfərlik oyunlar arasında əvvəlki göstəricilər geridə qalıb.
PlayStation 5 istifadəçiləri GTA 6-da ümumilikdə 683 milyon saat vaxt keçiriblər. Oyunçular ilk günlərdə oyunun dünyasını araşdırmaq üçün orta hesabla 17,4 saat vaxt sərf ediblər. Oyunun satışa çıxarıldığı gün PS5-in istifadəyə verilməsindən sonra ilin sonu bayramları nəzərə alınmadan ən çox yeni konsolun internetə qoşulduğu gün olub. Bundan başqa, satışa çıxarılandan bəri alınan yeni PlayStation 5 konsollarının 70 faizində ilk oynanılan oyun məhz GTA 6 olub. Elektronika məhsulları
Xatırladaq ki, “Grand Theft Auto VI” noyabrın 19-da PlayStation 5 və Xbox Series konsolları üçün satışa çıxarılıb. “Rockstar Games” noyabrın 20-də açıqlayıb ki, oyun əvvəlcədən 32,5 milyon sifariş alıb. İlk gün pərakəndə satışlardan əldə olunan gəlir isə 3,79 milyard dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















