Icma.az
close
up
RU
Molla qapısına gedənlərin nəzərinə QADAĞANDIR!

Molla qapısına gedənlərin nəzərinə QADAĞANDIR!

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bəzi ailələrin hələ də tibbi müalicə əvəzinə övladlarını sağaltmaq üçün qeyri-elmi üsullara – mollaya dua yazdırmaq kimi inanclara üz tutması narahatlıq doğurur. Bu cür hallarda uşağın sağlamlığı riskə atılır, vaxtında tibbi müdaxilə olunmaması isə vəziyyəti daha da ağırlaşdıra bilər. Həkim-pediatr Afət İbrahimlinin dəmrov xəstəliyindən əziyyət çəkən uşağa dua yazdırılması ilə bağlı paylaşdığı görüntülər cəmiyyətin diqqətini bu problemi yenidən gündəmə gətirib.

Bəs dində bu kimi əməllərə münasibət necədir?

İlahiyyatçı Ağa Hacıbəyli bu məsələni “Yeni Sabah”a belə şərh edib:

“Təbii ki, islam mənəviyyat dinidir. Bu dinin təməl əsaslarında insanın sağlamlığı, mənəvi kamilliyi dayanır. Həm fiziki, həm də mənəvi olaraq insan gərək pak, təmiz olsun. Duaların insan həyatında bir çox rolu olduğunu biz bilirik. Həm Qurani-Kərimdə, həm hədislərdə görürük ki, Allah-təala insanı dua vasitəsilə özünə yaxınlaşdırır. Dua əslində bir ibadət xarakteri daşıyır. Bu baxımdan dualar bizim mənəvi dünyamızı zənginləşdirir. Lakin məlum olan hadisə ilə bağlı insanların yanlış qapıları döyməsinə bəzən mollaların daha yaxın yerdə olması və ucuz başa gəlməsi səbəb olur. Ona görə mollaların qapılarını döyən çox olur. Görünür ki, 21-ci əsrdə hələ də cəhalət və xurafat davam etməkdədir.

Tənqid etmək istəməzdim, ancaq din xadimi həqiqətən dinin keşiyində dayanıbsa, Allahını tanıyırsa, axirətdə hesab verəcəyini bilirsə, özünə aid olmayan işi öhdəsinə götürməməlidir. O, bilir ki, dua yazmaqla hər hansı xəstəlik yox olub getmir. Biz səbəblər dünyasında yaşayırıq. Qurani-Kərimdə belə əmanəti əhlinə verməyi əmr edir. H.Z Peyğəmbərimizin (s.ə.v.) Mədinədə yaşadığı dövrdə ora həkim dəvət edir və bir müddət insanların xidmətində dayanır. Ona görə bu kimi hallarda gərək insanlar da özləri problemlərini doğru həll etməyə çalışsınlar. Niyə biz xəstəmizi molla yanına aparmalıyıq? Əgər bir xəstəlik varsa, həkimə aparmaq lazımdır”.

İlahiyyatçı bildirib ki, bəzən insanlarımızın da belə yanlış qapılar açması ilə saxtakar din xadimlərinə yeni qapılar açmış oluruq:

“Beləliklə, onlara xidmət etmiş oluruq. Hər halda yanlış bir addımdır, çox şiddətlə qınayırıq. Din xadimləri müqəddəs bir dinin keşiyində durub. Onlar özlərinə aid olmayan işləri üzərlərinə götürməməlidir. Çünki dini dəyərlərimiz bunu qadağan edir. Allah qarşısında böyük məsuliyyəti var. H.Z Peyğəmbərimizin (s.ə.v.)  buyurur ki, bizi aldadan bizdən deyildir. Ona görə din xadimlərimiz çalışmalıdır ki, onlara bu mənada müraciət edən bilgisiz insanları doğru yönləndirsinlər. Xəstəlik zamanında söz sahibi həkimdir”.

Aytac Şahin  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri