Icma.az
close
up
RU
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində Zəfər Günü münasibətilə tədbir keçirildi FOTOLAR

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində Zəfər Günü münasibətilə tədbir keçirildi FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, liseydə təhsil alan şəhid və qazi övladlarının ailə üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbir vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan TDV Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu başda şəhid anaları, şəhid yaxınları və qazilər olmaqla tədbir iştirakçılarını salamlayıb. Zəfər gününü bizlərə yaşadan, qələbə sevincini bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə uzun ömür, can sağlığı arzulayıb. Həmçinin bu qələbənin memarı olan Ali baş komandan cənab İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun bütün əsgər və zabitlərinə minnətdarlığını bildirib. Şəhidlərimizin öz qanları ilə tarix yazdığını vurğulayan natiq, onların geridə buraxdıqları əzizlərinin bizlərə əmanət olduğunu bildirib. Liseyimizdə təhsil alan şəhid və qazi övladlarına xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edən Kadir Bektaşoğlu, onların təhsil almaları üçün əllərindən gələn köməkliyi göstərdiklərini deyib. Hazırda liseydə 16 şəhid və qazi övladının təhsil aldığını deyib. Həmçinin Liseyin şəhid ailələrinə və qazi ailələrinə yardım üçün müəyyən layihələr həyata keçirdiklərini vurulayıb. Bu layıhə çərçivəsində lisyedə şəhid və qazi övladları üçün hər il təmənnasız olaraq unuversitetə hazırlıq kursları təşkil etdiklərini bildirib. Lisey müəllimləri arasında qəhrəman qazilərimizdən aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı ehtiyatda olan polkovnik-leytenant İbrahim Orucəliyevin də olduğunu qürurla bildirib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan xalqının birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin fədakarlığı sayəsində mümkün olduğunu vurğulayıblar.

Vətən müharibəsi qazisi ehtiyatda olan polkovnik-leytenant İslam Hacıyev çıxışında bu möhtəşəm Zəfərin qazanılmasında başda Ali Baş Komandan, cənab İlham Əliyev olmaqla bütün şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib. O, gəncləri bu qələbənin dəyərini hər zaman uca tutmağa və vətənə sədaqətlə xidmət etməyə çağırıb.

Tədbirdə şəhid Əkrəm Şadmanovun övladının da iştirak etdiyini bildirən natiq, şəhidimizin qardaşı Nəsimi Şadmanovun da Aprel döyüşlərində iştirak etdiyini və yaralanaraq qazı adını qazandığını qeyd edib.

Daha sonra çıxış edən Vətən müharibəsi qazisi ehtiyatda olan polkovnik-leytenant Bəhram Abdullayev doğma yurdunu 8 yaşında tərk etdiyini, o dövrdəki döyüş səhnələrini dayılarından və əmilərindən eşitdiyini, lakin illər sonra Füzulinin azad olunmasında şəxsən iştirak etmək qürurunu yaşadığını bildirib. O, “bir azərbaycanlı bir neçə ildə işğal edilmiş torpaqlarımızı 44 gündə geri ala bildi” sözləri ilə Vətən müharibəsindəki qəhrəmanlığı qürurla ifadə edib.

Tədbirdə şəhid anası çıxış edərək Türkiyə Diyanət Vəqfinə, lise müdürü Kadir Bektaşoğluna göstərdiyi diqqət və ehtirama görə təşəkkürünü bildirib. O, Vətən torpaqlarının övladlarının qanı bahasına azad edildiyini qeyd edərək, şəhid övladı — Qarabağ ordenli tabor komandiri Elçin Tağıyevlə fəxr etdiyini vurğulayıb.

Şəhid anası bildirib ki, I Qarabağ müharibəsi başlayanda Elçin hələ 6 aylıq körpə idi. Lakin o, böyüdükcə Vətən torpaqlarının azadlığı uğrunda bütün səylərini əsirgəmədi və bu amal uğrunda zabit peşəsinə yiyələndi. Tədbirin sonunda şəhid anası Vətənin azadlığının əbədi olması üçün dualar edib.

Daha sonra Elçin Tağıyevin qızı, 6 “D” sinif şagirdi Tağılı Dəryanur atası üçün yazılmış şeiri səsləndirib. Onun duyğulu ifası tədbir iştirakçılarını dərin təsirləndirib.

Tədbirdə Vətən müharibəsinə həsr olunmuş film nümayiş etdirilib. Film izləyicilərə o dövrün hadisələrini, Azərbaycan əsgərinin qəhrəmanlığını və xalqın birlik ruhunu bir daha xatırladıb. Daha sonra Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Qarabağ Zəfəri və vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Liseyin 6-7-8-ci siniflər arasında 8 Noyabr Zəfər günü ilə əlaqədar keçirilən bilik yarışmasında fərqlənən şagirdlərə diplomlar təqdim olunub.

Tədbirdən sonra Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık şəhid ailələri və qazilərlə görüşüb. Açık, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı ilə ifadə olunan sarsılmaz qardaşlığından danışıb. Bu birliyin Vətən müharibəsində daha da möhkəmləndiyini vurğulayan İhsan Açık şəhidlərimizə uca Allahdan rəhmət, qazilərə şəfa diləyib. Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanların ailələrinə səbir və dözüm arzulayıb, hər zaman həm şəhid ailələrinin, həm də qazilərin yanında olduqlarını bildirmişdir.

Daha sonra şəhid ailələri və qazilərə Qurani Kərim, Şəhidlik və Qazilik kitabları hədiyyə edildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri