Bu kənddə velosiped sürmək QADAĞANDIR
Icma.az bildirir, News24 portalına istinadən.
Şotlandiyanın şimal-şərqində yerləşən Crovie kəndində nə maşın, nə də velosiped sürmək olmaz. Kənd dənizə çox yaxın və yolları dar olduğu üçün insanlar yalnız piyada hərəkət edir. Burada təxminən 60 ev var və gələnlər maşınlarını kənarda saxlayıb əşyalarını əl arabası ilə daşıyırlar.
News24.az Sözcü qəzetinə istinadən xəbər verir ki, Crovie Avropanın ən yaxşı qorunan balıqçı kəndlərindən biridir. 1953-cü ildə baş verən güclü tufan kənddə balıqçılığı dayandırdı və çox adam qonşu kəndə köçdü. İndi burada cəmi 5 nəfər yaşayır, evlərin çoxu isə istirahət üçün istifadə olunur.
Kənddə dükan və yemək yeri yoxdur, turistlər öz yeməklərini gətirməlidir. Crovie bu gün səs-küydən uzaq, sakitlik və təbiət axtaranlar üçün nağıl kimi bir yerdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 25 Avqust 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















