Icma.az
close
up
RU
MOLLA VƏLİ VİDADİDƏN HACI KƏRİM SANILIYA

MOLLA VƏLİ VİDADİDƏN HACI KƏRİM SANILIYA

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 “Hər kəs salehlər yayğısına bürünübsə onun yayğısı

                kəramət yayğısıdır”.

                                    İbn Ata

 Azərbaycan pedaqoji fikir tarixi bütün zamanlarda xalqın milli-mənəvi düşüncəsinin ibtidai təsəvvürdən günümüzə qədər gələnləri əhatələmək gücü ilə əsaslı təsəvvür sərgiləyir. Klassiklərin yaradıcılığı, eləcə də xalq ədəbiyyatında olan zənginlik etnik müəyyənliyin işarəvi kodu olaraq əxlaq, mənəviyyat, davranış, münasibətlər səviyyəsində etnopotensiyanın yaranış, ötürülmə və yaşam fəlsəfəsini diqqət önünə gətirir. Görkəmli alimimiz İramin İsayevin “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək” (Bakı, 2025) monoqrafiyası bu təsəvvürü müxtəlif aspektlərdə aydınlaşdırmaq məramı ilə bir əlçatmazlıq sərgiləyir və həm də nümunəyə çevrilir.

“M.V.Vidadidən H.K.Sanılıyadək” bu adın ehtiva etdiyi məzmun çeşidli səviyyələrdə xalqın keçib gəldiyi yolun polifoniyasını və mənəviyyat, əxlaq, milli düşüncənin formalaşması haqqında olanları öz içinə ala bilmək gücü ilə diqqət önünə gəlir. Bədii düşünca çoxqatlı formulası və məzmun axarı ilə gəlinən yolun təbii və həm də təhtəlşüurda dərki müstəvisində ən əsaslı qaynaqdır. Müxtəlif zaman kəsiklərində yaşamış sənətkarların təsvir və tərənnümü ilə diqqət önünə gələn məzmun qatı bütün səviyyələrdə tərbiyəvi xarakterilə mühüm önəm kəsb edir. Bayatı, nəğmə, layla, oxşama, atalar sözü, məsəl, tapmaca, yanıltmac, mif, əfsanə, nağıl, dastan, mərasim folkloru, xalq musiqisi və s. öz mahiyyətində daşıdıqları ilə gənc nəslin milli əxlaq, dəyərlər üzərində formalaşması təsəvvürünə xidmət edir.

Klassik ədəbiyyatda da belədir və böyük Azərbaycan şairi M.Füzuli XVI əsrdə “sözün əndazəsi o qədər böyükdür ki, müəllimlər sözün məhsulu bildilər duanı, Quranı, vəhyi” söyləyirdi. Zərdüşt, Q.Təbrizi, X.Şirvani, N.Gəncəvi, M.Təbrizi, M.Əvhədi, Z.Şirvani, M.Şəbustəri, Ə.Təbrizi, Ş.Q.Ənvar, Ş.İ.Xətai, M.Füzuli, S.Təbrizi, M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir, Ə.Nəbati, X.Natəvan və s. onlarca, yüzlərcə sənətkarlar öz zamanında xalqın mənəvi dəyərləri ruhuna köklənməklə öz nəğməsini oxuyub cismani baxımdan bu dünyanı tərk etmişlər. Biz bütün öyrəndiklərimiz və əldə etdiklərimiz üçün həmin klassiklərə borcluyuq və onların dedikləri üzərində gediləcək yolumuzu qurmaqla bir yaşam kredosu müəyyənləşdiririk.

Ərəb qocası adı ilə məşhur olan Əbüllah Ənsar (IX əsr) vurğulayırdı ki, “həmişə böyüklərin, müdriklərin yanında otur, onların dediklərini yadında saxlamağa çalış, əgər yadında saxlaya bilməsən onların adını xatırla ki, xeyir görəsən”. Klassik ədiblərimizin yaradıcılığı, eləcə də adı haqqında təsəvvür bunun bariz örnəyi olaraq bir əsrarəngizlik sərgiləyir. Xalq şairi O.Sarıvəlli “o kmdir başımda çalır, çağırır, gözəl havaları qulağımdadır” deyirdi. Həmin o, böyüklər bütün məqamlarda bizim yol yoldaşımızdır, müdrik məsləhətçimizdir. Eləcə də dünya şöhrətli böyük abidələrimiz olan “Kitabi-Dədə Qorqud” ,”Koroğlu”, “Qaçaq Kərəm”, “Qandal Nağı”, “Qaçaq Nəbi”, “Qara Tanrıverdi”, “Səməd bəy” və s. kimi şedevrlər bunun göstəricisi, milli kimliyin bariz qürur və iftixar nümunəsidir.

Qarşımda duran kitab, eləcə də onun müəllifi İ.İsayev də məhz bu sıradadır və bu müqəddəs yolun nümunə örnəyi kimi bütün fəaliyyəti ilə bir ucalıq sərgiləyir. Ədəbi-nəzəri fikrin görkəmli nümayəndələri təhlillərində həmişə yaradıcı şəxsiyyətinə xüsusi həssaslıq göstəriblər və yazdıqlarında onun şəxsiyyət olaraq obrazını müəyyənləşdirməyə üstünlük veriblər. Professor İ.İsayev mənim müəlimim olub və əziz müəllimlərimdəndir. Onun “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək” monoqrafiyası əvvəldən axıradək kökləndiyi idealları, istək və arzuları, dünyagörüşü və gələcəyə (gənc nəslə) çatdırmaq istədiklərini rəngarəng tərəflərilə əhatələmək məqsədi daşıyır. İramin müəllim bu araşdırması ilə M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir, A.Səhhət, H.Kərim və bu sıradan olan digər klassiklərin sırasına öz adını yazır və gediləcək yolun möhtəşəmliyini nümunə olaraq göstərir.

İramin müəllim, təkrar edirəm, mənim müəllimim olub və illər öncə dedikləri, oxuduğu mühazirələr, tələbələrə olan qayğıkeşliyi bir istiqamətdə onun gen yaddaşından, böyüyüb boya-başa çatdığı mühitdən gəlirdisə, digər bir istiqamətdə oxuyub-öyrəndiyi klassiklərin əsərlərindən, həmin sənətkarların həyat hekayətlərindən qaynaqlanırdı. Apardığı araşdırmalar, pedaqoji irsimizdən aspektindən söylədiyi konseptual mülahizələr bütün mahiyyətilə həmin qaynağa bağlanır. Kitabın giriş hissəsində bir məqam xüsusi olaraq qeyd olunur və deyilir ki, “xalq yaradıcılığında qoyulan ən gözəl əxlaqi keyfiyyətlər və nəcib davranış normaları sonralar Azərbaycan pedaqoji fikir klassiklərinin əsərlərində daha yüksək pilləyə qaldırılmış, inkişaf etdirilmiş, daha dərin məzmun almışdır. Yaradıcılığında müəyyən əxlaqi-didaktik, etik və estetik mülahizələr az və ya çox dərəcədə öz əksini tapmamış sənətkar təsəvvür etmək mümkün deyildir”. Ümumiyyətlə, klassiklərin yaradıcılığına diqqət yetirdikdə həmin nümunələr, demək olar, xalqın əxlaq və mənəviyyat toplusudur təsəvvürü formalaşdırır. Elə İ.İsayevin “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək” monoqrafiyası da eyni təsəvvürü, əxlaq və mənəviyyat toplusu olmanı bizə xatırladır. Müəllimim İramin İsayev isə bunun canlı nümunəsi olaraq fəaliyyəti və davranışları ilə bu uca olmağın bariz nümunəsidir.

M.V.Vidadi və H.K.Sanılı arasında olan sənətkarların ədəbi irsi üzərində müşahidələrin aparılması, daha doğrusu, araşdırmanın M.V.Vidadilə başlalayıb H.K.Sanılı ilə sonuclanması təsadüfün nəticəsi olmayıb sırf məfkurə səviyyəsində özünü göstərən hadisələrə, siyasi proseslərin məngənəsində sıxılan şəxsiyyət fenomeninin mahiyyətində daşınanlardan öz qaynağını götürür. Baş verənlərə və ictimai-siyasi mühitin yaşatdığı gərginliklərə şahidlik edən böyük şəxsiyyətlər canlı ömrünü şam kimi xalq, millət yolunda mayağa çevirmişlər. Üzərlərinə yeriyən bitib-tükənməyən təzyiqlər, bir-birini əvəzləyən acılar onları yolundan çəkindirməmiş, əksinə nümunəyə çevrilməklə gediləcək yolun polifoniyasını cızmışdır. Onu da əlavə edək ki, bu adlar (yəni kitabın başlığına çıxarılan M.V.Vidadi və H.K.Sanılı adları) simvolik məzmunu və işarəvi formulası ilə xalqın ədəbi-mədəni mühitinin bütün zamanlarına işıq tuta bilmək imkanları ilə diqqət önünə gəlir.

Xan Qazandan Qoç Koroğluya daşınanlar, eləcə də Burla Xatundan Nigar xanıma ötürülən mənəviyyat və əxlaq normativləri bir sosium səviyyəsində eyni ahənglə şüuraltı qavram səviyyəsində ötürülür. Onun nizamı və kutsallığı isə törə səviyyəsində dərki, ailə institunun təlqini kontekstində mükəmməlliyi və sosial mühüt timsalında etnik mövcudluğun örnəyi olaraq kodeksləşməni diqqət önünə gətirir. Oğuz eli səviyyəsində özünü göstərən nizam Çənlibel timsalında təkrarlanmalarla milli kimliyin, mənəvi zənginliyin nümunəsinə çevrilir. İ.İsayev də bunları əsas götürməklə konkret bir zaman və konkret bir zamanın şəxsiyyətləri timsalında yazıb yaratdıqlarından çıxış edərək tarixi-mədəni prosesin geneoloji sistemində olanların mahiyyətinə diqqəti yönəldir.

M.V.Vidadi XVIII əsrin böyük istedad sahiblərindəndir və görkəmli ədəbiyyatşünas F.Köçərli “müqtədir sənətkar” deyə onu haqqında danışır. Məlum olduğu kimi, XVIII əsrin mürəkkəb ictimai-siyasi şərati, dövrün acılarla dolu hadisələri ziyalı mühitinin (yaradıcıların) qarşısına xalqa sahib durmaq missiyasını qoyurdu. M.V.Vidadi, M.P.Vaqif də geniş kütlənin qürur və ümid yeri olaraq bütün fəaliyyəti, yazdıqları ilə birliyin təşkilatçısı, mücadilənin bayraqdarı funksiyasını yerinə yetirirdilər. Şeirləri yarandığı gündən el-el, oba-oba dolaşaraq dillər əzbərinə çevrildi. Müdrikliyin, uca olmanın, ağsaqqallığın mücəssəməsi olaraq yaddaşlarda iz qoyub əbədiyaşarlıq qazandılar. S.Vurğun XVIII əsrin qüdrətli sənətkarı M.P.Vaqif haqqında danışarkən “o böyük şairin hər bir şeirini, deyir laylasında bizim analar” söyləyirdi. M.F.Axundov, M.Y.Qarabaği, A.Berje, M.M.Nəvvab, M.Müctəhidzadə, H.Ə.Qayıbov, S.Mümtaz, F.Köçərli, Y.V.Çəmənzəminli, Ə.Abid, Ə.Müznib və başqaları onları (M.V.Vidadi və M.P.Vaqifi) milli ədəbiyyatımızın banisi olaraq təqdim etmişdir. M.Y.Qarabaği toplamalarına yazdığı başlanğıc sözdə deyir ki, “bu məcmuə deyil, bir gözəlin zülf və rüxsarının surətidir”. Bütün bunlar bir istiqamətdə əxlaq, mənəviyyat, tərbiyə örnəyi olmadan öz qaynağını götürür.

Görkəmli pedaqoq İ.İsyev şairin ədəbi irsini onun yaşadıqlarından çıxış etməklə təhlilə gətirir. “Vidadi xalqa bağlı olan, onların faciəsinə ürəkdən yanan, kədərini, çəkdikləri olmazın əzab-əziyyətləri şeirə gətirən, yaradıcılığı ziddiyyətli şairdir. Onun yaradıcılığındakı, dünyagörüşündəki ziddiyyətlər o zaman cəmiyyətin, həyatın özündə idi. Təbii ki, Vidadi də bu təsirdən kənarda qala bilməzdi.

Vidadinin ədəbi-bədii irsi haqqında fundamental tədqiqatlar, araşdırmalar az olduğundan, indiyə kimi onun təlim-tərbiyə haqqındakı fikirləri ümumiləşdirilməmiş, sistemləşdirilməmiş, pedaqoji fikir tarixindəki mövqeyi müəyyənləşdirilməmişdir”. Bütün bunlardan çıxış edən pedaqoq alimimiz sonra mahiyyətə yönəlik mülahizələr yürüdərək vurğulayır: “...Onun lirikası gənc nəsli düşündürməyə, insanlığın yüksək əməllərini dərk etməyə sövq edir, onlarda gözəl, təmiz hislərin, pak duyğuların oyanmasına zəmin yaradır, dostluqda vəfalı olmaq, el qədrini bilmək, vətən torpağını sevmək kimi yüksək bəşəri amillər tərbiyə edir. Deməli, Vidadinin lirikası gənc nəslin milli ruhda tərbiyəsində, alovlu vətənpərvər kimi yetişməsində, azad Azərbaycan vətəndaşı kimi böyüməsində əvəzsiz sərvətdir, tükənməz zəngin xəzinədir”. Kitabda pedaqoji fikir tariximiz baxımından təhlil olunan M.P.Vaqif, Q.Zakir, A.Səhhət, H.Kərim yaradıcılığı da eyni təsəvvürü sərgiləyir və klassiklərin mənəvi zənginlik timsalında təsəvvürünü faktlaşdırır. “Daim haqdır Vidadinin deməyi, doğruların hərgiz itməz əməyi” bunun reallıq mənzərəsidir və dünyanın o başından bu başına qədər olanları təsəvvür səviyyəsində diqqət önünə gətirir.

M.P.Vaqif, Ağqızoğlu Piri, Sarıçobanoğlu, Xasta Hasan və s. arasında olan bağlantılar, dostluq münasibətləri o dövrün yaradıcı mühitinin ümumi ahəngini, hansı düşüncə və təsəvvürlə yaşamını aydınlaşdırmaq baxımından örnəkdi. Bunlar bir istiqamətdə on səkkizinci yüzillik, eləcə də sonrakı dönəmlər üçün nümunədi və mühitin ümumi ahənginə bir əsrarəngizlik qatmaq baxımından örnəkdi. M.V.Vidadi ilə M.P.Vaqif arasındakı olan deyişmələr elə yarandığı gündən ədəbi-mədəni prosesin özündə nümunəyə çevrilmiş və dillər əzbəri olmuşdur. “Toy bayramdır bu dünyanın əzəli, ağlı olan ona gətirər tabı” (M.P.Vaqif) dünyagörüşünün ümumi məzmununu faktlaşdıran məsələ kimi bir təsəvvür formalaşdırırsa, eləcə də “küllü Qarabağın abi-həyatı, nərmə-nazik bayatıdır, bayatı” (M.V.Vidadi) timsalında bir başqa yanaşmanı faktlaşdırır. Bunların mətn informasiyası təkcə paradiqmatik səviyyə baxımından dominantlaşmır, həm də sintaktik fiqurasiyalar və janr texnalogiyasının mükəmməlliyilə sənət fenomeni səviyyəsində açılımlara əsas olur.

Ədəbi-mədəni mühitin ümumi dinamikası eyni zənginliklə və klassiklərin sərgilədiyi düşüncə ilə on doqquzuncu yüzilliyə daxil olur. Q.Zakirin, Ə.Nəbatinin, M.Aşiqin, X.Natəvanın və başqalarınınn simasında bir dönməzliyi, gedilən yolun müəyyənləşmiş sistemini diqqət önünə gətirir. Pedaqoji fikrin çağdaş mühitimizdə ağsaqqallarından olan İ.İsayev məhz tarixi-mədəni axarı əsas götürərək tipoloji təhlillərə, sistemli yanaşmalara üstünlük verərək onları bir milli kimlik nümunəsi olaraq təhlillərə gətirməyə həssaslıq göstərir. Q.Zakirin şeirlərinin tərbiyəvi mahiyyətini, şəxsiyyət haqqında təsəvvürlərini, dünyagörüşünü konkret nümunələrdən çıxış etməklə aydınlaşdırmağa üstünlük verir. Əlavə edir ki, “Q.Zakir nəinki satiralarında, həm də məhəbbət mövzusunda yazdığı qoşma və gəraylılarında dövrün eybəcərliklərini, haqsızlıqlarını kəskin tənqid edir. “Gözüm yolda qaldı, könlüm intizar”, “Dost yolu bağlandı, ümid kəsildi”, “Dərdbilməzlər qınar, məni heç deməz”, “Qadir allah səbəb sala araya”, “Dost yolunda cəfa çəkdim, can üzdüm”, “Nə müddətdi iştiyaqın çəkirdim”, “Fələk, səndə nə adətdir”, “Nə müddətdir dost yolları kəsildi” misraları ilə başlayan şeirlərində yüksək əxlaqi hislər, vəfa, sədaqət, fədakarlıq kimi nəcib sifətlər aşılanır”. Bu nümunələr mətn informasiyası, yüksək sənət tutumu ilə o dövrün ictimai-siyasi reallığını, ədəbi-mədəni mühitin yaşam fəlsəfəsini bütün incəliklərilə canlandırmaq baxımından əvəzsiz örnəkdir.

On doqquzuncu əsrin siyasi prosesləri, dövrün dəhşət saçan acıları Q.Zakirin həyatına öz izini bir amansızlıqla qoyur. “Müxənnətdir qorxan bir qaşıq qandan”, “ehtiyatım yoxdur, paşadan, xandan”, “analar doğubdu şiri-nər məni” və s.misraların verdiyi bilgi, eləcə də M.F.Axundova, İ.Qutqaşınlıya müraciətləri, “birindən şikayət eyləsən əgər, danışmağa qoymaz sözünü kəsər”, “ayrl düşmık vətənindən yamandı, diyari-qürbətdə ölüm amandı” və s. yaradıcı şəxsiyyətinin modelini cızmaqla yaşadıqlarının (və qarşılaşdıqlarının) əks-sədası olaraq diqqət önünə gəlir. Onu da əlavə edək ki, “Q.Zakirin yaradıcılığında diqqəti cəlb edən mühüm tərbiyə məsələlərindən biri vətənpərvərlikdir. Şair öz əsərlərində ali hiss olan vətənpərvərliyi humanizm və beynəlmiləlçiliklə qarşılıqlı əlaqədə götürür. Bu mühüm keyfiyyətlərin yetişən nəslə kompleks formada tərbiyə edilməsini irəli sürən Zakir ana yurdunu, onun əməksevər, zəhmətkeş insanlarını, onların mənəvi və zahiri gözəlliklərini, qadınlara məxsus nəcib, zahiri duyğuları təsvir edərkən, məhz bu xüsusiyyətlərin inkişafını nəzərdə tutmuşdur”. Bunların isə konkret nümunələr əsasında təhlili dövrün ədəbi-mənəvi zənginliyini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Pedaqoq alimin məsələlərə konkret tərbiyə, xalqın düşüncəsindəki qəlibləşmiş təsəvvür baxımından yanaşması müsbət haldır.

Ədəbi-mədəni mühitin on doqquzuncu əsrdən iyirminci yüzilliyə gələn ağır-ağır həm də ləngərli ahəngi A.Səhhət, M.Ə.Sabir, M.Hadi, H.K.Sanılı timsalında daha bir möhtəşəmliyi diqqət önünə gətirir və tarix olma funksiyasında olanları milli kimlik göstəricisi səviyyəsində nümayiş etdirir. “Məsləkim tərcümeyi-halımdır, lütfi-həq qayeyi-amalımdır” təsəvvürünə köklənən sənətkar (A.Səhhət) bütün həyatı boyu elm, təhsil, marif yolunda canını fəda edən şəxsiyyətlər sırasındadır. Böyük maarifpərvər ziyalılar nəslinin ən parlaq nümayəndələrindən olan A.Səhhət şeirləri, nəsri, publisistikası ilə gediləcək yolun şəxsiyyət olaraq digər müasirlərilə birgə konsepsiyasını cızmışdır. F.Köçərli, M.Ə.Sabir, S.M.Qənizadə, M.Mahmudbəyov, M.Şahtaxtlı, E.Sultanov, Ö.F.Nemanzadə, H.Cavid, H.K.Sanılı və s. kimi böyük ziyalılarla bütün əsrlərə işıq tutacaq bir ömür yolu yaşamış, əxlaq, mənəviyyat örnəyi olmuşdur. A.Səhhətin “ayıl, ey ümməti-mərhumə, ayıl, ayıl, ey milləti-məzlumə, ayıl” misraları şairin, eləcə də o dövrün bütün maarifpərvər ziyalıların bağrının başından vulkan kimi püsgürmüşdür. Ömrünün ahıllıq illərini yaşayan böyük pedaqoq, prof. İramin İsayev də həmin ideallara köklənməklə “Pedaqoji irsimizdən: M.M.Vidadidən H.K.Sanılıyadək” fundamental əsəri ilə adını bu klassiklərin adına qoşmuş və bir əbədiyaşarlıq abidəsi ucaltmışdır.

Mahmud ALLAHMANLI

filologiya elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see187

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see123

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri