Icma.az
close
up
RU
Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb AZƏRTAC

Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 13 dekabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə müqavilə bağlanmış Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erich Pummer və şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi Çingiz Neyman-zadə ilə muxtar respublikanın Mədəniyyət Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov və nazirliyin müvafiq sahə üzrə əməkdaşları iştirak ediblər. Şirkətin rəhbərliyi tərəfindən sentyabrın sonlarında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar, məlumatlar çap və elektron versiyada təqdim edilib. Bildirilib ki, layihə barədə qısa hesabatda abidənin mövcud vəziyyəti əks olunub.

Həsən Seyidov qeyd edib ki, Möminə Xatın türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpası zamanı detallara xüsusilə diqqət yetirilməlidir. Bərpa zamanı abidənin tarixiliyi qorunub saxlanılmalıdır.

Şirkətin rəhbəri Erich Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və interyerinin tədqiq edilərək uyğun materialın müəyyənləşməli olduğunu diqqətə çatdırıb. Hər bir halda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağı qeyd olunub.

Görüşdə bərpa layihəsinə dair digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri