Icma.az
close
up
RU
Monika Belluççi gözlənilməz obrazı ilə pərəstişkarlarını təəccübləndirdi

Monika Belluççi gözlənilməz obrazı ilə pərəstişkarlarını təəccübləndirdi

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur italyan aktrisa Monika Belluççi yeni “Ketticè” filmində ənənəvi obrazından tamamilə fərqli rolda çıxış edib.
Bizim.Media xəbər verir ki, Covanni Tortoriçinin rejissoru olduğu tragikomediyada aktrisa tamaşaçıların alışdığı “fatal qadın” obrazından uzaqlaşıb.
Belluççi Variety jurnalına müsahibəsində bildirib ki, canlandırdığı personaj onun üçün tamamilə yeni təcrübə olub.
“Mən heç vaxt belə bir şey etməmişdim. Çəkiliş meydançasında pijamada, əlimdə bıçaq və ayağımda başmaqla idim. Bu qadın öz qadınlığından tamamilə imtina edib”, – aktrisa deyib.
 

Filmdə hadisələr 2012-ci ildə Palermoda cərəyan edir. Süjet həyatında istiqamətini itirən Culio adlı yeniyetmədən bəhs edir. Belluççinin canlandırdığı onun anası isə zahirən firavan görünən ailə həyatının arxasında dərin narahatlıq və məyusluq yaşayır.


Aktrisanın sözlərinə görə, onun qəhrəmanı daxili böhranını şirniyyat yeməklə və həyat yoldaşı ilə oğluna qışqırmaqla boğmağa çalışır. Hətta ərini bıçaqla hədələyir, lakin heç kim onu ciddi qəbul etmir. Çünki hamı bilir ki, qadının həyatını dəyişmək üçün cəsarəti çatmayacaq.
Rejissor Covanni Tortoriçi Belluççinin yaratdığı obrazı “ağıllı, realist və bir qədər ekssentrik” adlandırıb.
Monika Belluççi isə bildirib ki, yaşlandıqca qeyri-adi personajları canlandırmağa və illər ərzində formalaşmış obrazından kənara çıxmağa daha çox maraq göstərir.
“Bədənimiz dəyişir, əlbəttə. Amma indi həyatın əvvəllər ifadə edə bilmədiyimiz tərəflərini göstərə bilərik. Mənə həyat təcrübəsi lazım idi”, – aktrisa vurğulayıb.
Belluççinin fikrincə, müasir kino qadın aktrisalara yetkin yaşda da fəaliyyətlərini davam etdirmək üçün daha çox imkan yaradır.
“Bu gün yetkin yaşda işləməyə davam edə bildiyimiz üçün çox şanslıyıq. Əvvəllər 40 yaşdan sonra karyera demək olar ki, mümkün deyildi. Proses yavaş gedir, amma dəyişikliklər var”, – o bildirib.
 

Bununla belə, uzun illərdir kinoda çalışan Belluççi vurğulayıb ki, sənətə olan sevgisinə baxmayaraq, həyat onun üçün həmişə peşəsindən daha önəmlidir:


“Mən gördüyüm işi çox sevirəm. Amma həyat sənətdən daha vacibdir. Həyat sənətdən daha güclüdür”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Avqust 2026 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri