Icma.az
close
up
RU
Monotamaşa: həyatın acı reallıqları və sənətkar həqiqəti

Monotamaşa: həyatın acı reallıqları və sənətkar həqiqəti

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

 C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı daha bir yeniliyə imza atacaq.

Bu, monotamaşa müsabiqəsidir ki, teatrda çalışan aktyorların istedad və qabiliyyətlərinin daha dolğun ifadəsi, yaradıcılıq potensiallarının təkmilləşməsi baxımından da təqdirəlayiq hadisədir. Teatrın direktoru Mir Qabil Əkbərovun təbirincə desək, monotamaşa müsabiqəsinin təşkil edilməsi vacib və müasir sənət dünyasında aktual, son dərəcə gərəkli tədbirdir. Belə ki, müasir dövrümüzlə səsləşən əsərlərin səhnə həllində mövzu, janr və üslub axtarışları prinsipial ideya-estetik səciyyə daşıyır. Milli teatr ənənələri ilə yanaşı, qabaqcıl dünya təcrübəsindən bəhrələnmələr səmərəli nəticələrə, sənət uğurlarına vəsilə olur.

Teatrda hazırlanan tamaşalarda üslub müxtəlifliyi hər şeydən əvvəl rejissor yozumunda və aktyor ifaçılığında, səhnə obrazlarının bədii-estetik təcəssümündə öz əksini tapır. Belə bir müsabiqəni təşkil etməkdə məqsəd də aktyorların həm potensialını aşkara çıxarmaq, sağlam rəqabət yaratmaq ,həm də onlarda sənət vərdişlərini inkişaf etdirməkdən ibarətdir. Qeyd edək ki, bu yaradıcılıq müsabiqəsində göstərilən monotamaşalar pesəkar sənət adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək . 1, 2 və 3 -cü yerlər üçün qaliblər müəyyənləşdiriləcək, onlar müvafiq məbləğdə pulla mükafatlandırılacaq. Müsabiqənin şərtlərinə görə monotamaşaların xronometrajı 1 saatdan yuxarı, 50 dəqiqədən aşağı olmamalıdır.

Buna uyğun olaraq teatrın 7 aktyoru müxtəlif mövzularda monotamaşa hazırlıqlarını tamamlayıbllar. Artıq tamaşalara münsiflər heyəti tərəfindən daxili baxış keçirilir Teatrın istedadlı, təcrübəli və professional aktyorlarından əməkdar artist Səməd Canbaxşıyevin müsabiqə üşün hazırladığı monotamaşanın məşq prosesini izləməyimsə anidən oldu .Onun fitri istedadına, peşəkar, usta oyunçuluq bacarığına yaxşı bələdəm. Və inanıram ki, Səmədin peşəkarlığı, gərgin zəhməti, ən başlıcası, sənət sevgisi öz bəhrəsini yenə verəcək. Yeri gəlmişkən deyim ki, bu vaxtacan, o, teatr səhnəsində onlarla obraz yaradıb, çox halda da baş rolları ifa edən aktyorun güclü plastikası, jestləri həmişə diqqətimi çəkib və ifasını həvəslə, maraqla izləmişəm.

Budur, eşidəndə ki, onun hazırladığı monotamaşanın son məşqləri gedir, məşqə baxmağa tələsdim. Çünki, qarşımdakı aktyorun qeyri-adi yaradıcılıq dünyası, çoxşaxəli oyun tərzi və rejissor təxəyyülü məni düşüncələrə qərq edir. Səhnəyə ruhunu verən sənətkar – Səməd Canbaxşıyev haqqında təkcə danışmaq kifayət etmir, onu görmək, hiss etmək, tamaşasını izləyib düşüncənin tərəzisinə qoymaq gərəkdir. Bəzən öz-özümə sual verirəm: görəsən, aktyor rolunu bu qədər ürəkdən, bu qədər içdən necə oynaya bilir? Budur, Balaxan Nəzərlinin indiyə kimi heç kimin müraciət etmədiyi"Gəmi batanda" hekayəsi əsasında hazırlanmış monotamaşaya baxıram.

53 yaşlı Səməd Canbaxşıyev tamaşada təkcə aktyor deyil, həm də rejissordur– yəni səhnənin hər tərəfində onun nəfəsi duyulur. Tamaşa fərqli proyeksiyalar, işıq effektləri və simvolik səhnə quruluşu ilə seçilir. Kənarda gəmi,ortada çəlləyin üstündə oturan "düşünən heykəl" görünür . İlk baxışda elə zənn edirsən ki, bu canlı deyil, sükutun içində donmuş bir abidədir. Elə bu anda səhnəni yarıb gələn bir səs eşidilir: "Mən əslində indi ölüyəm... Yox, qəbrim yoxdu. Mən dənizdə batmışam, özü də faciəli şəkildə. Cəsədim uzun müddət dənizin dibində yatdı... Hərdən ona baş çəkirdim"

Səhnədə aktyor həyatla ölüm arasındakı nazik xətti birləşdirir. Onun ifasında zaman dayanır, düşüncə dərinləşir, tamaşaçı isə artıq sadəcə izləyici deyil – özü də hekayənin bir parçasına çevrilir. Amma taleyin çətin dönəmləri ilə başbaşa qalan sakit təbiətli müəllim- dənizçı yaşca özündən böyük və kiçik olan insanların hədəfinə çevrilir, ələ salınır. Təbii ki ,belə bir obrazın iç dünyasına girib onu canlandırmaq olduqca çətindir.Axı ağıllı tamaşaçını heç nə ilə aldatmaq mümkün deyil?!.

Monotamaşa insanı düşündürən məqamlarla zəngindir. Bu məqamlar isə məhz aktyorun fərdi yanaşması ,səhnəyə gətirdiyi həyat yükü və psixoloji dərinlik sayəsində ətə-qana dolur. Səməd Canbaxşıyevin ifasında təqdim olunan obrazlar təkcə səhnə hadisəsi deyil, cəmiyyətin müxtəlif təbəqələrində yaşanan səssiz faciələrin bir növ səhnə dililə ifadəsidir. Tamaşada hadisələr ömrünü müəllimliyə həsr etmiş, üç övlad atası olan bir kişinin həyatının çətin dövründən bəhs edir. İşsiz qaldıqdan sonra çıxış yolu axtaran bu insan, heç vaxt tanımadığı, tamamilə yad olan bir peşəyə – dənizçiliyə üz tutur. Lakin həyatın sərt sınaqları onu təkcə fiziki yox, mənəvi cəhətdən də sıxışdırır.

O, artıq yalnız bir işçi deyil, cəmiyyətin laqeyd yanaşdığı, özünə hardasa yer tapmağa çalışan bir insan obrazıdır. Belə mürəkkəb, çoxqatlı bir obrazın daxili dünyasına enmək, onu dolğun şəkildə canlandırmaq, əlbəttə ki, hər aktyorun öhdəsindən gələ biləcəyi iş deyil. Onun yaratdığı obraz həyatın labrint dolaylarından keçir. Onun daxili aləmindən həm əzab, həm sükut, həm də inamın, ümidin izləri dolğun təcəssüm edir..Səməd Canbaxşıyev obrazın hiss və duyğuları olan bu reallığı çox ustalıqla təqdim edir. O, müəyyən jest və mimikalarla müəllimin-dənizçinin sarsılmış ləyaqətini, miskin, lakin saf həyatını son dərəcə realist şəkildə tamaşaçıya çatdırır. Onun ifasında sanki həm qoca bir dəniz, həm də cəmiyyətin gözündən düşmüş, amma içində ziyalılıq daşıyan bir insan canlanır.

Bu monotamaşada aktyor ustalığı , sənətə sevgisi, ifa etdiyi obraza zaman və məkan anlamında yaradıcı yanaşmasının bariz nümunəsi görünür. Aktyor sanki rol oynamır – o, bir insan taleyini ən incə məqamlarınacan yaşayır, yaşadır. Monotamaşa insanı düşündürən məqamlarla zəngindir. Bu məqamlar isə məhz aktyorun fərdi yanaşması, səhnəyə gətirdiyi həyat yükü və psixoloji dərinlik sayəsində ətə-qana dolur. Hiss edirsən ki, təqdim olunan obrazlar təkcə səhnə hadisəsi deyil, cəmiyyətin müxtəlif təbəqələrində yaşanan səssiz faciələrin bir növ səhnə ifadəsidir. Belə mürəkkəb, çoxqatlı bir obrazın daxili dünyasına enmək, onu dolğun şəkildə canlandırmaq, əlbəttə ki, hər aktyorun öhdəsindən gələ biləcəyi iş deyil. Xüsusilə də bu obrazda həm əzab, həm sükut, həm də ümidin izləri var.

Səməd Canbaxşıyev isə bu reallığı çox ustalıqla təqdim edir. O, müəyyən jest və mimikalarla dənizçinin sarsılmış ləyaqətini, miskin, lakin saf həyatını son dərəcə realist şəkildə tamaşaçıya çatdırır: "Adətən insan hənirtisini uzaqdan-uzağa hiss edib pərən-pərən düşən balaca balıq və molyusklar, sanki ölü olduğumdan xəbərdarmış kimi quyruqlarını yelləyə-yelləyə, saymazyana yanımdan üzüb keçirdilər... Mənə məhəl qoymurdular." Bu səhnə həm aktyorun sənətkarlığını, həm də tamaşanın fəlsəfi yükünü göstərir.

Ölümün qarşısında tək qalan insanın hekayəsi burada təbiətin biganəliyi, cəmiyyətin laqeydliyi və taleyin amansızlığı ilə vəhdətdə təqdim olunur. Səməd Canbaxşıyev bu səhnədə təkcə bir obrazı deyil, ümumiləşmiş bir insan ağrısını səhnəyə gətirir: "Cəsəd dənizin dibində yellənir, qayğısız-qayğısız yırğalanırdı... Səhnə tədricən sönür, işıqlar azalır. Tamaşa bitir, lakin tamaşaçının içində bir sual qalır: bu faciəvi sonluq təkcə bir obrazın taleyimi , yoxsa cəmiyyətin öz əlləri ilə batırdığı səssiz həyatların ümumi simvolu idi?

Sualın cavabını tamaşaçılara buraxırıq. Aktyora isə tamaşaya baxış zamanı bol şans, tamaşaçı sevgisi arzulayırıq.

Adilə Səfərova, 

teatrşünas 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri