Monqolustanda ölkəmizdən fərqli olaraq boş otlaq sahələri çoxdur və qoyunlar təbii şəraitdə, sərbəst otlayır
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Monqolustanda bizdən fərqli olaraq boş otlaq sahələri çoxdur və qoyunlar təbii şəraitdə, sərbəst otlayaraq bəslənir: “Azərbaycanda boş otlaq sahələri çox azdır. Torpaqlar əsasən əkinçilik, bağçılıq və bitkiçilik üçün istifadə olunur. Eyni zamanda torpaqlar zəif becərilir, şoranlaşma artır, son illərdə isə quraqlıq daha da güclənib. Nəticədə heyvandarlıq üçün yem əsasən bağlamalarla və intensiv yemlə təmin olunur ki, bu da qiymətləri bahalaşdırır”.
Xalid Kərimli
“Monqolustanda vəziyyət fərqlidir. Ölkənin ərazisi təxminən 3 milyon kvadrat kilometrdir və əhalisi cəmi 2-3 milyon nəfərdir. Boş otlaq sahələri çoxdur və qoyunlar təbii şəraitdə, sərbəst otlayaraq bəslənir. Bu da orada qoyun ətinin daha ucuz olmasına şərait yaradır.
Somali müsəlman ölkəsidir. Ola bilsin ki, orada qiymətlər daha münasibdir, amma idxal zamanı nəqliyyat və logistika xərcləri də əlavə olunur. Bu da ümumi maya dəyərinə təsir göstərir. Digər tərəfdən, bəzən insanlar heyvanın mənşəyinə görə əsassız yanaşmalar sərgiləyə bilirlər. Sosial şəbəkələrdə isə təəssüf ki, bəzi şəxslər mövcud vəziyyəti dərindən bilmədən tənqid etməyə meyilli olur.
Daha ucuz dondurulmuş ət əsasən Ukrayna və Monqolustandan gətirilir və Azərbaycan əsasən bu ölkələrdən idxal edir. Sahibkarlar üçün ən vacib məsələ əlverişli təchizat mənbəyidir. Yəni harada daha ucuz və əlçatan ət varsa, oradan alınır.
Əgər dondurulma prosesi düzgün həyata keçirilibsə, ətin orqanizmə zərəri yoxdur. Donmuş ətin saxlanma prosesi normal həyata keçibsə, tam donu açılmayıbsa, onun tərkibindəki zülal dəyəri dəyişmir. Sadəcə, dad fərqi ola bilər. Yerli məhsul isə təzə olduğuna görə daha çox tələb olunur və premium kateqoriyaya daxil edilir. Bu, toyuq ətinə də aiddir. Eyni broyler toyuğu - biri dondurulmuş, digəri isə təzə arasında qiymət fərqi olur. Təzə məhsul həm daha baha satılır, həm də saxlanma riskləri (iylənmə, itki və s.) yüksəkdir.
Yerli məhsulun qiyməti bahalaşdıqca idxal məhsuluna tələbat artır. Əgər idxal dayansa, daxili bazarda qiymətlər daha da yüksələ bilər. Bu baxımdan idxal, istehlakçı – yəni son alıcı üçün qiymət baxımından müəyyən fayda yaradır. Azərbaycanda isə qiymət artımı davamlı şəkildə müşahidə olunur və bu tendensiya hələ də qalmaqdadır” , – deyə Xalid Kərimli qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















