Icma.az
close
up
RU
Monqolustanın Baş prokuroru Azərbaycanda rəsmi səfərdədir

Monqolustanın Baş prokuroru Azərbaycanda rəsmi səfərdədir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün Jarqalsaikxan Banzraq Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. 

Baş prokuror Kamran Əliyevlə monqolustanlı həmkarı arasında baş tutan görüş zamanı ölkələrin siyasi rəhbərliyinin uzaqgörən siyasi baxışları və səmimi münasibətləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd edilmiş, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin olması vurğulanıb.

Görüşdə Baş prokuror qonaqlara ölkəmizin prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Jarqalsaikxan Banzraq təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Həmçinin görüş zamanı Jarqalsaikxan Banzraqa iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see422

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see320

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see306

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see304

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see297

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see279

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see275

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see275

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see273

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see268

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see263

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see261

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see254

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see251

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see243

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see238

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see233

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see229

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see215

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri