Monteneqroda “bürünc” təmin edildi
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində 1/4 final mərhələsinə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, görüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq.
Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 boksçumuz yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 May 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















