Icma.az
close
up
RU
MONUMENTAL KİTAB

MONUMENTAL KİTAB

Icma.az bildirir, Azpost portalına istinadən.

Qafar CƏFƏRLİ 

Azərbaycan Yazıçılar Birliyinin  Lənkəran zona bölməsinin sədri, yazıçı, dramaturq

“Sücəddin Şərifov” imzası mənə iki mininci illərin əvvəllərindən tanış idi. Bilirdim ki, müxtəlif mətbuat orqanlarında çalışıb. “Azadlıq” qəzetinin redaktoru olduğu vaxtlarda müxtəlif məzmunlu yazılarını oxumuşdum. Amma real həyatda heç bir münasibətimiz olmamışdı.

Sücəddin müəllimlə tanışlığımızın maraqlı bir tarixçəsi oldu. Bu ilin yay aylarında çoxdan beynimdə dolaşan bir mövzunu qələmə almağa nəhayət ki, ürək elədim. Hər dəfə Lənkəran şəhərindəki “Xan evi” adlanan tarixi binada olarkən və ya qarşısından keçərkən (həmin bina son illərdə Lənkəran Tarix və Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir) bu binada yaşamış Mir Əhməd xan və həyat yoldaşı Tuğra xanımın faciəli həyatı düşüncələrimi əsir edirdi. Bununla bağlı son iki ildə bir xeyli material ( kitablar, arxiv materialları, elmi-publisistik yazılar və s.) əldə etmiş, həmin dövrdə Lənkəran şəhərində yaşamış adlı-sanlı tayfalardan olan şəxslərlə söhbətlər edib xatirələrini dinləmişdim. Mənə məlum idi ki, İranın Xalxal mahalının Hil kəndindən Lənkəranın Xərxətan kəndinə köçən Seyid Abbas sonradan həmin kəndin sahibi Boradigahlı Əsəd bəyin bacısı Ahu xanımla evlənib. Bu izdivacdan Talış xanlığının bünövrəsini qoyan Seyid Cəmaləddin xan (Qara xan) dünyaya gəlib. Qara xan özü də Rza bəy Boradigahinin qızı ilə evlənib və bu evlilkdən onun iki oğlu: Mir Yəhya bəy və Mir Əsədulla bəy ; Astara rayonundan evləndiyi Tutu xanımdan isə Qara xandan sonra Talış xanlığınının başına keçən Mir Mustafa xan doğulur.

Bu il keçən qızmar yay günlərində “Tuğra xanım Talışınskaya” pyesini yazarkən Talış xanlığının ana tərəfdən Boradigahla bağlılığı artıq mənə məlum idi. Həmin günlərdə təsadüfən tarixçi-araşdırmaçı dostum İldırım Şükürzadənin facebookda “Boradigah tarixi qaynaqlarda” adlı bir kitabın işıq üzü görməsi barədə paylaşımı rastma çıxdı. Uzun illər Talış xanlığının tərkibində olan Boradigahın tarixi ilə bağlı olan bu kitab dərhal diqqətimi çəkdi. İldırım müəllimdən kitabın müəllifi olan dostu Sücəddin Şərifovun mobil nömrəsini aldım və əlaqə saxladım. İlk danışığımızdan necə deyərlər, söhbətimiz alındı. Sücəddin müəllim bir neçə günə kitabın bir nüsxəsini mənə çatdıracağına söz verdi. Amma elə həmin gün, Sücəddin müəllimlə danışığımızdan iki-üç saat keçmiş Boradigahlı bir taksi sürücüsü mənə zəng edib “Boradigah tarixi qaynaqlarda” kitabını mənə çatdırmaq istədiyini bildirdi. Və bir neçə dəqiqədən sonra həmin kitab artıq məndə idi. Sücəddin müəllim məni intizarda saxlamadan arzu etdiyim kitabı qısa bir vaxtda mənə çatdırdı. Bu əlbəttə ki, Sücəddin müəllimin mənə olan hörmət və ehtiramın nəticəsi idi ki, buna görə təşəkkürümü dərhal çatdırmağı özümə borc bildim.

Təxminən iki ay ərzində “Boradigah tarixi qaynaqlarda” kitabını böyük maraqla oxudum. Bəri başdan qeyd edim ki, bu kitab formatına, məzmununa, həcminə görə, tarixi araşdırmaları nöqteyi-nəzərindən bu mövzuda yazılan digər kitablardan çox fərqlənir. 2025-ci ildə “AVE Print” nəşriyyatında çap olunan 26 fəsildən, 600 səhifədən ibarət bu kitab gözəl tərtibatda işıq üzü görüb. Üz qabığında Boradigahın müasir dövrünü əks edən foto-şəkil verilsə də kitabın əvvəlində və sonunda yer alan xeyli sayda tarixi sənədlərin əksi diqqəti çəkir ki, bu da kitabın möhtəbər tarixi faktların araşdırılması məhsulu olduğunu bir daha təsdiq edir.

Bu kitabı monumental tarixi əsər hesab etmək olar. Tarixi mövzuda əsər yazmağın çətinliyini görən şəxs kimi Sücəddin Şərifovun bu kitabı çox böyük zəhmətin, gərgin axtarışların, yorulmaz tədqiqatların nəticəsi kimi dəyərləndirlməlidir. “Müəllifdən” adlı müraciətində qeyd olunduğu kimi 15 ay ərzində davam edən axtarışlar zamanı müəllif Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində tədqiqatlar aparmış, çoxsaylı alimlərlə, ağsaqqallarla, kəndin tarixi barədə məlumatı olan müxtəlif peşə sahibləri, adi vətəndaşlarla söhbətlər apararaq bu möhtəşəm kitabı ərsəyə gətirmişdir.

Mənim üçün kitabın ən maraqlı hissəsi “Boradigah tarixi qaynaqlarda” adlı 1-ci fəslidir. Burada “Boradigah” toponiminin yaranması ilə bağlı maraqlı mülahizələr, müxtəlif fərziyyələr irəli sürülür, təhlil olunur. Yeri gəlmişkən, bütün toponimlərin mənası müəyyən mübahisələr doğurduğu kimi Boradigah toponiminin də dəqiq mənasını göstərmək çətindir. Burada təbii ki, həmin ərazinin relyefi, təbii şəraiti, orada ilk məskən salan insanların dili, məişəti, məşğuliyyəti və sair nəzərə alınmalıdır. Bu mənada kitabda əksini tapan “Boradigah” sözünün talış mənşəli “Bırədiqo” (tikanlıqda salınmış kənd yeri) sözündən yaranması fikrini mən də dəstəkləyirəm.

Həmin fəsildə Boradigahın tunc dövründə olan izləri, qədim yaşayış məskəni olmasını təsdiq edən dəfinələr, yaşayış məskəni olaraq qədim tarixi, Səfəvilər və Nadir şah dönəmində Boradigahın keçdiyi tarixi yol və həmin dövrlərdə orada baş verən hadisələr, Talış xanlığının Boradigahla olan tarixi (həm də qohumluq) əlaqələri, müstəqil Talış xanlığı dövründə Boradigahın tarixi-coğrafi mövqeyi, Boradigahın 19-cu əsrdə olan kameral təsviri, 1849 və 1873-cü illərdəki siyahıyaalma üzrə orada olan tikililər, əhalinin say tərkibi, evlərin, hətta dini və ictimai mövqeyinə görə insanların sayı, kəndin sərhədləri, məhəllələri, 20-ci əsrdə Boradigahın dairə mərkəzi, şəhər tipli qəsəbə kimi tarixi vəziyyəti maraqlı faktlar əsasında gözəl publisistik dillə qələmə alınmışdır. Mənim üçün maraqlı faktlardan biri də 1928-1929-cu illərdə müxtəlif obyektiv və subyektiv, bəzən isə naməlum səbəblərdən Boradigaha verilməsi nəzərdə tutulan rayon statusunun verilməməsi ilə bağlı “Boradigah rayon olacaqmış” yarımfəsildə yazılanlar oldu.

Kitabın maraqla oxunan fəsillərdən biri də “Boradigahın mübarizə tarixi” fəslidir. Bu fəsildə “Mir Hüseyn bəyə qarşı üsyan”,”Əsgərabad davası”, cənub bölgəsində, o cümlədən Boradigahda 1917-1921 –ci illər ərzində baş verən hadisələrə dair ”Təlatümlü illər”, “Rəsulzadə və Nərimanov Boradigahda” adlı çoxsaylı arxiv materiallarına əsaslanan, bir-birindən maraqlı hadisələr peşəkar publisist qələminin məhsulu kimi diqqəti cəlb edir.

Kitabın “Boradigaha rəhbərlik edənlər” fəslində xanlıq dövründə, Sovetləşmədən sonra müasir dövrə kimi Boradigaha rəhbərlik edənlərin hər biri haqqında məlumatlar əks olunmuşdur.

Kitabın növbəti fəsillərində 1925-ci il fevral ayının 2-də hacı Mirağa Abbasova məxsus evdə Boradigah dairəsinin Şura qurultayı, ölkənin ən məşhur inqilabçılarından olan, Azərbaycan XKŞ-nın yanında Fövqəladə Komissiyasının sədri, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədri, Azərbaycam KP MK-nın katibi işləmiş Eyyub Xanbudaqovun 1920-cı ildə Boradiogahda yaratdığı Kooperativ, Sovet hökumətinin ilk illərində yaradılan Boradigah kredit şirkəti, həmçinin Boradigahda təşkil olunan kolxozlar barədə geniş və maraqlı məlumatlar əks olunmuşdur.

Kitabda həmçinin Boradigahın təhsil, səhiyyə, mədəniyyət sistemi, infrastrukturu, məşhur tikililəri, repressiya və 1941-1945-ci illər müharibəsi dövründə baş verənlər, Boradigahın tanınmış simaları, deputatları barədə məlumatlar, Boradigahın müstəqillik dövrünün tarixi, Qarabağ müharibəsində şəhid olan qəhrəman oğulları barədə məlumatlar gərgin axtarışların nəticəsi olaraq diqqəti çəkir.

Kitabın ən maraqlı fəsillərindən biri “Boradigahdan maraqlı əhvalatlar”dır. Bu fəsildə Boradigahda baş verən müxtəlif məzmunlu hadisələr maraqla oxunur, qəsəbə sakinlərinin həyatı barədə oxucular dolğun məlumatlar əldə edirlər.

Mən bir oxucu, bir yazıçı, dramaturq və publisist olaraq Azərbaycan Jurnalistika tarixində özünəməxsus yeri olan, tanınmış jurnalist, publisist Sücəddin Şərifovun “Boradigah tarixi qaynaqlarda” kitabını tarixi, elmi, nəzəri, publisistik nöqteyi-nəzərindən çox yüksək qiymətləndirirəm. Bu kitabla Sücəddin müəllim nəinki doğulub boya-başa çatdığı Boradigaha öz övladlıq borcunu verdi, həm də öz elinə, obasına, tarixinə böyük sevgi və məhəhəbbət nümunəsini göstərmiş oldu. Fikrimcə, əli qələm tutan hər kəsin ən azından doğulduğu kəndin, qəsəbənin şəhərin, rayonun tarixi ilə bağlı araşdırmalar aparması kimi bir borcu var. Təbii ki, böyük və gərgin zəhmət hesabına başa gələcək bu işi görmək üçün elinə,obasına, tarixinə qarşı sevgi və məhəbətlə yanaşı yazmaq qüdrətinin olması da vacibdir ki, Sücəddin Şərifov bunu ortaya qoyduğu möhtəşəm işi ilə- “Boradigah tarixi qaynaqlarda” kitabı ilə sübut etdi.

Onu qeyd etməyi özümə borc bilirəm ki, “Tuğra xanım Talışınskaya” pyesini yazarkən 20-ci əsrin əvvəllərində bölgənin tarixi, ictimai-siyasi vəziyyətilə bağlı kitabdan maraqlı məlumatlar əldə etdim ki, buna görə Sücəddin müəllimə öz təşəkkürümü bildirirəm.

Əslində kitabla bağlı fikir və düşüncələrimi xeyli əvvəl yazmağı planlaşdırsam da bəzi üzürlü səbəblərdən bunu edə bilmədim. Ümid edirəm ki, Sücəddin müəllim bu gecikməni üzürlü sayar.

Sonda dəyərli Sücəddin müəllimə şəxsi həyatında sevinc dolu illər, yaradıcılıqda isə bu cür möhtəşəm işlər arzulayıram.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Noyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see222

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see217

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see215

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see204

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see203

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see195

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see190

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see190

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see189

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see189

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see188

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see185

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see176

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see173

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see169

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see168

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see161

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see157

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see156

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri