Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Kağız kitab, yoxsa elektron kitab?

Kağız kitab, yoxsa elektron kitab?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bilal Alarlı HÜSEYNOV,

ADPU Cəlilabad filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar Birliklərini üzvü

Günün vacib məsələlərindən biri mətbuatın hazırkı taleyi ilə bağlıdır. Elektron məlumat sisteminin təkmilləşməsi mətbuatın taleyinə yenidən baxmağı tələb edir. Dünənə qədər belə hesab edirdik ki, bəşəriyyətin ən böyük kəşfi kağız kitabdır. Bu gün kağız kitab mütaliə səviyyəsinə görə onu əvəz etməkdə olan elektron kitabdan geri qalır. Acınacaqlı bir faktı xatırlatmaqla bu reallığı ortaya qoymaq mümkündür. İyirminci yüzilliyin son onilliklərində Bakı şəhərində metroya minənlər yerlərini rahatlayan kimi ciblərindən qəzet çıxarıb oxuyurdular. Beləcə, mənzil başınadək bir neçə operativ məlumatı əldə edirdilər. Hətta qəzet oxuyanlar cavanlar olsalar da, yaşlı adamlar onların qalxıb yerlərini böyüklərə verməsinə etiraz edirdilər, imkan verirdilər ki, mütaliələrini rahat davam etdirsinlər. Amma indi vəziyyət başqa cürdür: Marşrutlarda da, metroda da həm yaşlı adamlar, həm də gənclər özlərinə yer eləyən kimi cibindən telefonu çıxarır və izləməyə başlayırlar. Telefon internet şəbəkələrinə çıxış məkanı olduğundan bu alətdən həm digərləri ilə əlaqə saxlamaq üçün, həm də mühüm mənbələrdən informasiya əldə etmək üçün istifadə olunur. Artıq heç kim metroda qəzet açıb oxumur. Bu reallıq çağdaş mətbuat haqqında düşünməyi zəruri edir. Fakt budur ki, artıq elektron informasiya mənbələri mətbuatı sıxışdırıb sıradan çıxarır.

Maraqlı bir fakta da diqqət çəkmək istəyirəm. Mən Cəlilabad rayonunun on iki mindən çox əhalisi olan Alar kəndində yaşayıram. Vaxtilə bu kənddə mətbuat yayımı şəbəkəsi vardı və burada 4 poçtalyon işləyirdi. Onu da deyim ki, kənddə bu qədər poçtalyonun olduğu dövrdə əhalinin sayı cəmi 3 min idi. Həmin dörd poçtalyon bu üç min əhaliyə qəzeti daşıyıb çatdırmaqda çətinlik çəkirdi. Yadımdadır, mərhum poçtalyon Qəzənfər Mirzəyev əhaliyə paylanacaq qəzetləri məhəllələr üzrə bölür, əvvəl Muradxanlı məhəlləsinin qəzetini qoltuğuna vurub paylayır, sonra qayıdıb Yüzev məhəlləsinin qəzetini götürürdü və əhaliyə çatdırırdı. Kənddə qəzet almayan ev yox idi, hər kəs bir neçə qəzetə abunə olmuşdu. İndi bu poçtalyon ştatları ləğv edilib, yaşadığım kənddə isə yeganə mən qəzet və jurnal alıram. Həmin qəzet və jurnalları götürmək üçün həftədə bir dəfə rayon mərkəzinə gedirəm, Mətbuat Yayımı İdarəsindən mənə çatacaq qəzet və jurnalları götürürəm. Acınacaqlı haldır, amma reallıqdır. Bu məlumatlara bir maraqlı faktı da əlavə edirəm: Az müddətə olsa da, mən rayon qəzetinin baş redaktoru olmuşam və həmin dövrdə qəzet 13 min tirajla çap olunurdu. Rayonun əhalisi isə cəmi 60 min idi. Hər ailəni orta hesabla 5 nəfərdən götürsək, görərik ki, bəzi ailələr bu qəzetdən iki nüsxə alırmış. İndi Cəlilabad kimi rayonda özəl bir qəzet çap olunur ki, o da cəmi 100 nüsxə ilə iki-üç aydan bir çıxır. Bu 100 nüsxə qəzet 260 minə yaxın əhalisi olan bir rayonda işıq üzü görür. Elə bilirəm, izahata ehtiyac yoxdur. Bundan əlavə, 4 minədək müəllimin işlədiyi Cəlilabad rayonunda "Azərbaycan müəllimi" qəzetinə cəmi bir nüsxə abunə yazılan var.

Bu faktları niyə xatırlayıram? Zaman dəyişir, kağız kitabları elektron kitablar, ümumilikdə mətbuatı isə internet şəbəkəsi əvəz etməyə başlayır. Deməli, mətbuatın dövranı dəyişir, artıq bütün informasiyalar, hətta ədəbi yaradıcılıq nümunələri elektron sistemə keçir. Əhalini informasiya mənbələri yeni qaydalara uyğun şəkildə təmin etmək zərurəti yaranır. Neyləmək lazımdır? Mən bu istiqamətdə öz təkliflərimi vermək istəyirəm.

Birinci növbədə, dövlət səviyyəsində müvafiq tədbirlər görülməli və elektron informasiya sistemi qanunlarla təchiz olunmalıdır. İlkin olaraq, mətbuatdan başlamaq lazım gəlir. Bütün qəzet və jurnalların elektron şəbəkələri yaradılmalı, bu şəbəkələr təminatlı şəkildə fəaliyyət göstərməlidir. Elektron qəzet və jurnalların maddi təchizatı həyata keçirilməli, oxunuş sayına, köçürmələrə, bir sözlə, müxtəlif şəkildə istinadlara və istifadələrə görə bu şəbəkələrin maddi dayanıqlığı təmin edilməlidir. Hətta mənbəyə çoxsaylı müraciətlərə görə yazı müəlliflərinə ödəniş sistemi haqqında da düşünmək vacibdir. Elektron sistem texniki imkanlarla yüksək səviyyədə təchiz olunmalıdır ki, plagiat hallarının qarşısı alınsın və müəlliflik hüquqları qorunsun. İnternet sisteminin bu texniki imkanları artıq mövcuddur, sadəcə, tətbiqi kütləvi şəkildə həyata keçirilməlidir.

İkinci məsələ kağız kitabların elektron kitablarla əvəzlənməsinin struktural sisteminin yaradılması ilə bağlıdır. AMEA-nın Mərkəzi kitabxanası və Respublika Milli Kitabxanası hər kəsin üz tuta biləcəyi Elektron kitabxana şəbəkəsini yaratmalı, digər kitabxanalar, o cümlədən rayonların Mərkəzi Kitabxana Sistemləri tədricən bu şəbəkəyə qoşulmalıdır. Sistem elə formalaşdırılmalıdır ki, ən ucqar kənddə yaşayan bir şəxs bu sistemin elektron kataloq və kartoteka şəbəkəsinə daxil ola bilsin, oxuyacağı kitaba internet sifarişi verə bilsin. Elektron kitabların mütaliə səviyyəsi onların maddi bazasını da möhkəmləndirməlidir. Zaman bunu tələb edir, gecikmək geri qalmaq deməkdir.

Elektron kitabla bağlı bir maraqlı fakta diqqət çəkmək istəyirəm. Mən ADPU Cəlilabad filialında işləyirəm və keçdiyim dərslərdə elektron mənbələrə daha çox güvənirəm. Tələbələrə mühazirələrin elektron variantlarını verməklə yanaşı, tədris etdiyim fənlə bağlı dərsliyi onların elektron ünvanlarına göndərirəm. Tələbələr daha kitabxanalara getmir, əllərindəki telefonla dərsliyə müraciət edə bilirlər. Onu da deyim ki, kitabxanalarda tələbələrə lazım olan qədər dərslik mövcud deyil. Buna görə də elektron kitab sistemi tələbələrin mütaliəsini asanlaşdırır. Ali və orta ixtisas məktəblərindəki bu internet imkanlarını tədricən orta məktəblərə keçirmək lazımdır. Beşinci siniflərdə oxuyan şagirdlər artıq internet şəbəkələrinə rahat daxil ola bilirlər. Bu həm də dərsliyə çəkilən xərci aradan qaldırır.

Mütaliənin internet sisteminə keçirilməsinin digər tərəfləri də mövcuddur ki, bunlar da ciddi yanaşma tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Mart 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri