Monza nın hücumçusu nəhənglərin hədəfində
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Monza"nın hücumçusu Qustavo Varela "Barselona", "Arsenal" və "İnter"in diqqət mərkəzindədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial media hesabında paylaşım edib.
Mənbə bildirir ki, "İnter"in nümayəndələri 21 yaşlı futbolçunun iştirak etdiyi hər bir oyunu izləyirlər. Milan klubu hücumçunu heyətinə qatmaqda maraqlıdır.
"Barselona" və "Arsenal"a gəldikdə isə, onların futbolçu üçün qış və ya yay "transfer pəncərəsi"ndə addım atıb-atmayacaqları hələlik bəlli deyil.
Varela həmçinin "Yuventus" və "Napoli"nin də diqqət dairəsindədir. Lakin hər iki klub "Maliyyə Feyr-Peyi" (Financial Fair Play) qaydaları və büdcə məhdudiyyətləri ilə bağlı çətinliklər yaşayır. Bu səbəbdən, onların böyük məbləğdə vəsaiti dərhal, birdəfəlik ödəniş şəklində təklif etmələri ehtimalı azdır.
"Monza" portuqaliyalı futbolçu ilə 25-30 milyon avro qarşılığında yollarını ayırmağa hazırdır. Klub nümayəndələri və Varelanın təmsilçiləri bu həftə görüşərək, futbolçu ilə maraqlanan komandaları müzakirə edəcəklər.
Qeyd edək ki, Varela cari mövsümdə 12 oyuna çıxıb və 13 qol vurub. Bunlardan 11-i İtaliya çempionatına təsadüf edir. O, hazırda A Seriyasında bombardirlər siyahısında ikinci yerdədir. Ondan öndə 12 qol vuran "Roma" oyunçusu Donyell Malen qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















