Icma.az
close
up
RU
“Moody s”: Azərbaycan karbohidrogen sektorundan asılılığını azaldır

“Moody s”: Azərbaycan karbohidrogen sektorundan asılılığını azaldır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Qazaxıstan karbohidrogen sektorundan asılılıqlarını azaldır.

525.az “Report” a istinadən xəbər verir ki, bunu “Moody's” beynəlxalq reytinq agentliyi bəyan edib.

Agentliyin hesabatına əsasən, MDB ölkələri tədricən iqtisadiyyatlarını böyüdür və şaxələndirirlər: “Neft ixracatçıları olan Azərbaycan və Qazaxıstan karbohidrogen sektorundan asılılıqlarını azaldır. Bunu 10 il əvvəllə müqayisədə adıçəkilən dövlətlərin iqtisadiyyatlarında qeyri-neft sektorunun payının artması göstərir. Məsələn, hər iki ölkə üçün nəqliyyat və logistika sektoru genişlənib, bu da Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Ticarət Marşrutu boyunca yük tranzit fəaliyyətinin sürətli artımı ilə əlaqədardır”.

“Moody's”in analitiklərinin fikrincə, MDB ölkələrinin qlobal dəyər zəncirlərində iştirakı, regiondan keçən qlobal ticarətin artması ilə yüksəlib: “Beynəlxalq Valyuta Fondunun (IMF) tədqiqatına görə, Azərbaycan, Qazaxıstan, Ermənistan və Özbəkistan istehsalatda xarici investisiyalardan istifadəni artırıb və Rusiyanın azalan töhfəsi fonunda qlobal ticarət və istehsalatda yeni mövqelərindən faydalanır. Bu ölkələrin hökumətləri iqtisadiyyatlarını böyütmək və şaxələndirmək, rəqabəti yaxşılaşdırmaq üçün genişmiqyaslı milli proqramlar həyata keçiriblər. Bu da institusional islahatlar və çoxsaylı hökumət xərcləri ilə dəstəklənib. Eyni zamanda, onlar özəl sektoru yeni investisiya imkanları vasitəsilə maliyyə yükünü bölüşməyə təşviq ediblər. Nəticədə yerli banklar və inkişaf qurumları uzunmüddətli beynəlxalq borclanmaya olan meyilləri tədricən artırır”.

Hesabatda həmçinin qeyd edilib ki, Azərbaycanda maliyyələşdirmə sahəsində artan rəqabət kiçik bankları beynəlxalq maliyyə qurumlarından borclanmaları artırmağa sövq edir: “Eyni zamanda, böyük yerli banklar da ehtimal ki, avroistiqrazlar buraxacaqlar, lakin onların ümumi həcmi ikitərəfli maliyyələşdirmənin ümumi həcmi ilə müqayisədə əhəmiyyətli olmayacaq. MDB banklarının topdan borclanması üçün monetar və iqtisadi şərtlər əlverişlidir. Son bir neçə ildə, MDB iqtisadiyyatları iqtisadi və geosiyasi şoklara baxmayaraq böyüməyə davam ediblər. Qazaxıstan, Azərbaycan və Özbəkistanda inflyasiya təzyiqləri azalıb və bu da yerli valyutanın daha böyük sabitliyi ilə birlikdə, risk mükafatlarının azalması nəticəsində banklara daha ucuz borclanmağa imkan verib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri