Icma.az
close
up
RU
Moran Security: Rusiyanın kölgə donanmasının sirri açılır

Moran Security: Rusiyanın kölgə donanmasının sirri açılır

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Silahlı Qüvvələri və təhlükəsizlik xidmətləri ilə əlaqəli rusiyalı şəxslərin Avropa sularında Rusiya nefti daşıyan gəmilərdə gizli şəkildə çalışaraq casusluq fəaliyyəti apardığı üzə çıxıb.

Turkustan.az xəbər verir ki, CNN-in araşdırmasına əsasən, Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Qərbin sanksiyalarını aşmaq məqsədilə yüzlərlə neft tankerindən ibarət “kölgə donanması” formalaşdırıb. Bu gəmilər Baltik və Qara dəniz limanlarından Rusiya neftini daşıyaraq hər il Kremlə yüz milyonlarla dollar gəlir qazandırır.

Ukrayna kəşfiyyatının məlumatına görə, son aylarda bu tankerlərin bir qismi – əsasən üçüncü ölkələrdə qeydiyyatdan keçmiş gəmilər – səfərlərindən az əvvəl əlavə heyət qəbul etməyə başlayıb. CNN-in əldə etdiyi iki heyət siyahısında personalın böyük hissəsinin qeyri-ruslardan ibarət olduğu, lakin siyahının sonunda pasport məlumatları ilə birlikdə bir neçə rus vətəndaşının yer aldığı qeyd olunur. Təhlükəsizlik sahəsində təcrübəyə malik rusların heyətə daxil edilməsi Avropa paytaxtlarında ciddi narahatlıq doğurub.

Araşdırma zamanı CNN bir neçə kəşfiyyat mənbəsinə istinadən bu şəxslərin bəzilərinin Moran Security adlı Rusiya mənşəli özəl şirkətdə çalışdığını müəyyən edib. Mənbələrin bildirdiyinə görə, onların bir qismi əvvəllər “Wagner” kimi Rusiya özəl hərbi birləşmələrində fəaliyyət göstərib. Qərb kəşfiyyat dairələri Moranı Rusiya Silahlı Qüvvələri və kəşfiyyat strukturları ilə əlaqəli özəl təhlükəsizlik şirkəti kimi qiymətləndirir.

Qeyd edək ki, Moran Security 2024-cü ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən Rusiya dövlət şirkətlərinə “silahlı təhlükəsizlik xidmətləri” göstərdiyinə görə sanksiyalara məruz qalıb.

Ukrayna və Qərb kəşfiyyat mənbələrinin məlumatına əsasən, Moran əməkdaşları Rusiyanın kölgə donanmasına daxil olan bir sıra neft tankerinə yerləşdirilib və bir çox hallarda gəmidə olan yeganə rus vətəndaşları məhz onlar olub. Bildirilir ki, bu şəxslər təxminən altı ay əvvəl gəmilərdə fəaliyyətə başlayıblar.

Aytən Yaşar/ Turkustan.az

Facebook WhatsApp Telegram Twitter Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri