Icma.az
close
up
RU
Morfinizm

Morfinizm

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistandakı vəziyyət 30–35 il ərzində şüurlu və şüursuz edilənlərin nəticəsidir. Fakt budur ki, mən əvvəllər Ermənistanın özündə siyasi fəaliyyətlə məşğul olmuşam, partiyaya rəhbərlik etmişəm. O vaxt demişdim ki, gələcəklə bağlı virtual təsəvvürlər heç bir şəkildə reallıqla kəsişmir. Ola bilsin ki, mən bunu çətin başa salmışdım, amma düşünürəm ki, ağıllı insanlar məni başa düşməlidirlər. Dar düşüncəli insanlar hər şeyi başa düşmək məcburiyyətində deyillər, çünki onlar hələ də şüurlu deyil, emosional hərəkət edirlər. Fakt budur ki, virtual gələcəyə, virtual Vətənə sahib olmaq, fəth etmək, qalib gəlmək, bir nömrə olmaq, ən yaxşı olmaq, dünyanın ən qədim xalqı olmaq arzusunu ifadə etmək, böyük virtual Vətən üçün çalışmaq – bunların hamısı illüziyalardır. Bu, bir növ, siyasi və ya mədəni morfinizmdir. Mən buna məst olmaq deyərdim”.

Nə qədər dəqiq ifadə olunub. Bunu bir il bundan əvvəl  “KUPOL” Beynəlxalq Əməkdaşlığa Dəstək Fondunun Himayəçilik Şurasının sədri, erməni politoloq Sarkis Asatryan özünün “Facebook” səhifəsində yazıb.
“Ermənistan regional rabitə kanallarını açmağa hazırdır”. “Armenpress” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
“Ermənistanın Cənubi Qafqazın iqtisadi cəlbediciliyini artırmaq kimi əzmkar niyyəti kontekstində mən ölkəmizin “dünyanın kəsişməsi” layihəsi çərçivəsində həyata keçirilməsi gözlənilən bütün nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı baxışını təsdiq etməkdən məmnunam”– deyən A.Mirzoyanın dilindən çıxanların gəlişigözəl sözlər olmadığına heç kim zəmanət verə bilməz. Çünki İrəvanın bu cür bəlağətli bəyanatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışması ilk dəfə deyil. Hayların “sülhün kəsişməsi” dedikləri bu layihə, əslində, nə dünyanın, nə də sülhün kəsişməsinə xidmət edir. Paşinyan iqtidarlının üçtərəfli bəyanatı imzaladıqdan 3 il sonra ortaya qoyduğu bu layihədə yeni heç nə yoxdur. Burada göstərilən 4 prinsip həmin üçtərəfli bəyanatda əksini tapan müddəaların fərqli formada təqdimatından başqa bir şey deyil. 
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər: “Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir”.
Rəsmi İrəvanın gah “dünyanın kəsişməsi”, gah da “sülhün kəsişməsi” adlandırdığı layihələri bundan əvvəlki təşəbbüsləri kimi, tamamilə saxta və absurddur. Məsələ o dərəcədə gərgin və ziddiyyətli mərhələyə qədəm qoyub ki, tərəflər Zəngəzur dəhlizinin açılması məsələsini sülh müqaviləsindən sonrakı müddətə saxlamağa qərar veriblər. Bu səbəbdən hazırda Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişinin mətnində dəhlizlə, kommunikasiya xətlərinin açılması ilə bağlı bir kəlmə də yoxdur. Bu məsələnin danışıqların predmeti olmaqdan kənarda qalmasının təqsirkarı məhz Ermənistandır.
Yazımıza nöqtəni Sarkis Asatryanın öz həmvətənlərinə ünvanladığı bu sözlərlə qoyuruq: “Əgər siz tarixdən yalnız nifrət çıxarıb qonşulara nifrətə əsaslanan cəmiyyət yaradırsınızsa, bu sizin mənəvi orqanizminizi zəhərləyir. Nifrətlə yaşayan xalqın gələcəyi yoxdur. Ermənilər qonşularına, xüsusən də Türkiyə və Azərbaycana qarşı nifrətdən qurtulmalıdırlar. Ermənistanın gələcəyini ancaq sülhdə görürəm, ən azı, qonşularla düşmənçiliklə yox”. 
Həm bu ibrətamiz açıqlaması, həm də yalançı təşəbbüslərə “siyasi və ya mədəni morfinizm” kimi dəqiq ad verən Sarkis Asatryanla razılaşmamaq mümkün deyil...

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri