Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Moskva Azərbaycanın regional gücə çevrildiyini qəbul etməlidir ŞƏRH

Moskva Azərbaycanın regional gücə çevrildiyini qəbul etməlidir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Məhəmməd Əsədullazadə: "Putin münasibətləri düzəltmək istəyir, Zaxarova isə prosesi kölgə altına salır"

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin Mətbuat Xidməti məlumatında bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər. Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyais ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, bu təmas Moskvanın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindən xəbər verir. Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanla siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır:

“Bu, son dövrdə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması və yeni mərhələnin başlanması istiqamətində Rusiyanın niyyətini nümayiş etdirir.

Lakin eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər müəyyən suallar doğurur. Bir tərəfdən Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bəyan edir, digər tərəfdən isə Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından Qarabağ mövzusunu yenidən gündəmə gətirir. Bu isə ziddiyyətli yanaşma təsiri bağışlayır və təbii olaraq Azərbaycanın etirazına səbəb olur.

Bu gün Azərbaycan Cənubi Qafqazda artan siyasi nüfuzu ilə yeni regional reallıqlar formalaşdırır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində regionda sülh gündəliyi irəli sürülür, Ermənistanla etimad quruculuğu istiqamətində müəyyən addımlar atılır, siyasi və iqtisadi əməkdaşlıq imkanları genişlənir. Lakin görünür ki, bu proseslər Moskvada müəyyən narahatlıq yaradır.

Əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlsəydi, Ermənistan-Azərbaycan sülh prosesini pozmağa və Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışacaqdılar. Hazırda isə Qarabağ münaqişəsi faktiki olaraq həll olunub və Ermənistan da bu məsələdən geri çəkildiyini nümayiş etdirir. Belə bir şəraitdə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ mövzusunu yenidən qabartması Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Rusiya artıq bu təsirdən imtina etməlidir”.

Bununla belə, siyasi ekspert qeyd edib ki, Rusiyanın region siyasəti Cənubi Qafqaz dövlətlərinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi üzərində qurmalıdır. Onun sözlərinə görə, Azərbaycan bu gün regionda yeni geosiyasi nizamın formalaşmasında mühüm rol oynayır, Türkiyə ilə strateji koordinasiyanı davam etdirir və Şərq-Qərb nəqliyyat dəhlizinin əsas qovşaqlarından birinə çevrilib. Eyni zamanda Azərbaycan Rusiyanın da maraq göstərdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında fəal iştirak edir: “Rusiya Cənubi Qafqazda Azərbaycanla hesablaşır və münasibətləri qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirməlidir. Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət etmir. Bu səbəbdən Rusiya rəsmiləri və digər siyasi dairələr bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.

Azərbaycan isə öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcək. Əgər Rusiya Azərbaycanla münasibətləri həqiqətən strateji səviyyədə inkişaf etdirmək niyyətindədirsə, bu münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və Azərbaycanın milli maraqlarına hörmət prinsipinə əsaslanmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri