“Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında tərəf tutmur”
Icma.az bildirir, Missiya.az portalına istinadən.
“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında heç bir tərəf tutmur”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici xarici işlər naziri Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz, qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasını təmin etməkdə dərin marağımıza əsaslanaraq, İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması məsələləri ilə məşğul oluruq", - deyə siyasətçi vurğulayıb.
Lavrov qeyd edib ki, Moskvanın həm İrəvan, həm də Bakı ilə strateji tərəfdaşlıq əlaqələri var və Rusiya Cənubi Qafqazdan uzaqda yerləşən ölkələrdən fərqli olaraq, bu məsələdə son dərəcədə maraqlıdır.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















