Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Moskva Bakı savaşının alt qatındakı əsas SƏBƏBLƏR

Moskva Bakı savaşının alt qatındakı əsas SƏBƏBLƏR

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya səmasında AZAL-a məxsus təyyarənin vurulmasından sonra Moskva ilə Bakı arasındakı gərginlik artıq yeni bir müstəviyə qədəm qoyub.  

Qəzanın Rusiyanın təsadüf nəticəsində deyil, hətta məqsədyönlü şəkildə törədildiyi haqda versiyalar olunmasına baxmayaraq, Moskva nəinki Azərbaycandan rəsmi şəkildə üzr istədi, törətdiyi cinayətdən yayınmaq yolunu seçdi. Bu azmış kimi, Rusiya tərəfi Azərbaycanı hədəf seçərək təhdid və hədə yolunu seçdi. Sadəcə olaraq Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında üzr diləməklə işini bitirmiş hesab etdi.

Moskvanın yanlış siyasəti Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsirlərini göstərməkdədir.

Proseslər onu deməyə əsas verir ki, nə AZAL təyyarəsinin vurulması, nə də son günlərdə “Rus evi” ətrafında yaranmış gərginlik təsadüfi xarakter daşıyır. Bunun alt qatında daha ciddi məsələlərin olduğunu ortaya qoyur.

1.Yeni dünya düzəninin fromalaşması istiqamətində gedən geosiyasi mübarizədə və proseslərdə Azərbaycan Avrasiya coğrafiyasında ciddi regional oyunçu kimi önə çıxır. Artıq Azərbaycan Cənubi Qafqaz, Mərkəzi Asiya, Cənub-Şərqi, Cənubi Avropa ilə yanaşı, Yaxın Şərqdə də aktor rolunu oynamaq niyyətini ortaya qoyub.

2. Artıq Avrasiya coğrafiyasında bir çox geosiyasi proseslərdə Bakı və Ankara strateji müttəfiq, o cümlədən “bir millət-iki dövlət” tələblərindən daha irəli gedərək “bir millət-bir dövlət” prinsipi ilə çıxış etməkdədir. Bu mövqe bir çox məsələlərdə olduğu kimi, Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı hadisələrdə də bir daha ortaya qoydu. Suriyada Əsəd rejiminin devrilməsindən sonra 10 dekabr 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionu, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Bunun ardınca dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdə olub və keçirdiyi görüşdə Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu Dəməşq hakimiyyətini diqqətinə çatdırıb.  Bakının Suriyanın bərpası prosesində mümkün dəstəyin veriləcəyi, Dəməşqlə diplomatik fəaliyyətini yenidən bərpa edəcəyini diqqətə çatdırıb. 

Təbii ki, Azərbaycanın artan bu nüfuzu Rusiyanı, xüsusən də orada bir çox anti-Azərbaycan qüvvələrini narahat edir və Bakının bu uğurlarını həzm edə bilmirlər. Bakının önə çıxması eyni qayda ilə cənub qonşumuz Tehran tərəfindən həzm edilmir.

Bakının yürütdüyü siyasət Moskva və Tehrana qarşı deyil, daha sıx regional əməkdaşlıq münasibətlərinə yönəlib. Bakı bunu yürütdüyü real siyasəti ilə sübut edir. Bu səbəbdən də Bakı nə Rusiyaya, nə də İrana qarşı beynəlxalq sanksiyalara qoşulub. Əksinə, Moskva və Tehranın üzləşdiyi bu durumda hər iki ölkəyə üzləşdiyi vəziyyətdən çıxmağa dəstək verib və verməkdədir də. 
Bu gün Azərbaycan Rusiyanın Qərb tərəfindən üzləşdiyi təcrid və sanksiyalar siyasətində bir nəfəslik rolunu oynamaqdadır. Azərbaycan belə bir mürəkkəb və çətin şəraitdə bir çox hallarda milli maraqlarını təhlükə altına qoyaraq qonşularına dəstək verir, lakin Bakı bunun tam əksi ilə üzləşir. 

Bakı Moskva ilə səmimi qonşuluq münasibətlərində maraqlı olsa da, Rusiya tərəfi qeyri-səmimiliyini davamlı olaraq ortaya qoyub. Biz Kremlin Bakıya qarşı imperiya maraqlarına xidmət edən siyasətinin istər Ermənistanın Azərbaycana işğalçılıq siyasəti dövründə, istər İkinci Qarabağ müharibəsi və ondan sonrakı mərhələdə dəfələrlə şahidi olmuşuq. 

Moskva Bakıya təzyiq vasitəsi kimi, həm ən radikal taktikadan və yumşaq gücdən istifadə etməkdədir. Rusiyadakı bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamaq üçün ən radikal addım ataraq AZAL təyyarəsinin vurulmasına rəvac verdi, daha sonra “yumşaq güc” taktikasına əl atdı. Buradan məlum olur ki, Bakıdakı “Rus evi” ətrafında yaranan gərginliyin kökündə nə dayanır. Belə ki, Moskvadakı bəzi güclər radikal addımlarla öz şərtlərini diktə edə bilmədikdə həm Rusiyadakı, həm də Azərbaycandakı köstəbəklərini işə salaraq öz çirkin siyasətinə şərik etmək istəyir. Bunun üçün casus şəbəkəsi və nəzarətində olan qüvvələrdən faydalanmağa çalışırlar. 

Lakin Moskvadakı o dairələr yanılır ki, bu gün Bakı bu cür təzyiqlərə cavab vermək üçün yetərincə gücə və manevr imkanlarına malikdir. Şimaldakılar anlamalıdırlar ki, bu gün Rusiyanın üzləşdiyi təcrid siyasətinin tam reallaşmamasında əsas rol oynayan ölkələrdən biri məhz Azərbaycandır. Odur ki, onların hələ də imperiya xislətindən uzaqlaşa bilməməsi, Rusiya üçün heç də yaxşı perspektiv vəd etmir.

Mürtəza
Ölkə.Az
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri