Icma.az
close
up
RU
“Moskva göz yaşlarına inanmır”dan “Next time in Moskow”a Hacıbəy Heydərli yazır

“Moskva göz yaşlarına inanmır”dan “Next time in Moskow”a Hacıbəy Heydərli yazır

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Hacıbəy Heydərli,

Putin - Tramp görüşü onu göstərdi ki, Rusiya Ukrayna məsələsində bir addım da geri addım niyyətində deyil və Putin Alyaskaya məhz bu niyyətini açıqlamağa gəlib. 

Bir sözlə gəldi, sözünü dedi və getdi. 

Bu görüş dünya siyasətinə "işğalçının diplomatiyada da zəfəri” kimi yazıla bilər. 

Lavrovun SSRİ köynəyi, Putinin cəmi 5 saat Alyaskada olması, görüşdən sonra naharda iştirak etməməsi, mətbuat konfransında jurnalistlərə saymazyana münasibəti diplomatiyanın güc və işğalçı qarşısında acizliyini nümayiş etdirdi. 

Görüşü yerində izləyən "Fox News”un müxbiri Jacqui Heinrich deyir:

"Otaqdakı atmosfer çox ağır idi. Hiss olunurdu ki, işlər yaxşı getmir. Putin içəri girən kimi demək istədiyini uca səslə dedi, sonra da Trampla şəkil çəkdirdi və getdi”.

Düşünürəm ki, bu görüş onu göstərdi ki, Putin hələ eramızdan əvvələ məxsus olan "parçala, hökmranlıq et” tezisini müasir dünya siyasətinin ən ali tribunasından nümayişkəranə şəkildə bəyan etdi. 

Çar Rusiyası XIX əsrdə "Parçala, hökmranlıq et” strategiyasını Qafqaz və Orta Asiyada çox sistemli şəkildə tətbiq edirdi.

Putin Rusiyası isə bunu öz dili ilə desək öz qardaşına, eyni kökə, eyni dilə, eyni dinə, eyni qana məxsus olan Ukraynaya qarşı edir. 

Təəssüfləndirici məqam isə odur ki, bu siyasətə qarşı nə diplomatiya, nə sanksiya, nə media, nə beynəlxaq təşkilatlar, nə də siravi xalqlar qarşı gələ bilir. Bütün bu faktorlar Putin üçün bu gün onun jurnalistlərin suallarına verdiyi reaksiyaya bənzəyir. 

Putinin ən sonda dediyi "next time in Moskow” cümləsi "Moskva göz yaşlarına inanmır” ifadəsinin siyasi bənzətməsi oldu. 

Film Moskvanın kiminsə halına acıyıb sadəcə mərhəmət göstərəcək bir yer olmadığı haqda idi, 

Putin isə "Next time in Moskow” cümləsi ilə siyasətin ağlamaq, sızlamaq, mərhəmət diləmək yeri olmadığını göstərmiş oldu. 

Geriyə qalan isə "next time”ni göz yaşı ilə gözləyən ukraynalılardır. Ancaq ümid də bəzən sonda ölmür, ölü doğulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Avqust 2025 04:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri