Icma.az
close
up
RU
Moskva hədəf aldı, Bakı dəstəklədi: Tarixi qonşumuza qarşı yeni təhdid Oradakı azərbaycanlılar...

Moskva hədəf aldı, Bakı dəstəklədi: Tarixi qonşumuza qarşı yeni təhdid Oradakı azərbaycanlılar...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Qərbin Gürcüstanı Rusiya ilə müharibəyə hazırlamasına dair yayılan xəbərlər fonunda maraqlı məqamlar da ortaya çıxır. Gürcüstanın NATO qüvvələrinin təlimlərinə ev sahibliyi etməsi isə narahatlıqları daha da artırdı.

ABŞ-NATO tandemi Qafqaz regionunda Rusiyanı sıxışdırmaq üçün intensiv addımlar atır – Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməyə çalışır, Gürcüstanda hərbi təlimlər təşkil edir, Ermənistanı Moskvanın təsirindən çıxarmağa çalışır və s. Həmçinin alyansın Azərbaycan və Ermənistanla əlaqələri da inkişaf edir.

NATO-nun Cənubi Qafqaz ölkələri ilə yaxınlığı Rusiyada necə qarşılanır? Bu, regionda nə kimi nəticələr doğura bilər?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, ötən il oktyabrın 6-da keçirilən seçkilərdən sonra Gürcü Arzusu Partiyasının qələbəsi nəticəsində Gürcüstanın Qərbin əlində oyun alətinə çevrilməyəcəyi, müstəqil dövlət kimi fəaliyyət göstərəcəyi və burada Rusiyaya ikinci cəbhənin açılmayacağı bəyan edildi:

“Gürcüstan əhalisinin böyük əksəriyyəti, o cümlədən ölkədə yaşayan azərbaycanlılar müharibə istəmirlər. Bu da Qərblə Tbilisi arasında soyuqluğun yaranmasına səbəb oldu. Nəticədə Almaniya və ABŞ Gürcüstana yardımı dayandırdılar. Eyni zamanda, qonşu ölkədə LGBT və bir sıra məsələlərlə bağlı qanunların ləğv edilməsi tələbləri irəli sürüldü. Sonradan Gürcüstana dəstək veriləcəyi bildirilsə də, mövcud hakimiyyət bu şərtləri qəbul etmədi. Nəticədə tərəflər arasında sərt ritorika başladı. Qərb, Gürcüstanı vizaların ləğv edilməsi ilə də hədələyir. Avropa Şurası da bu mövzuda qərar qəbul edib.

Tbilisinin Moskva ilə gizli əlaqələri hamıya məlumdur. Hərçənd diplomatik münasibətlər qurulmasa da, iki ölkə arasında iqtisadi əməkdaşlıq güclənir və bu da Gürcüstan iqtisadiyyatının inkişafına təsir göstərir”.

Həmçinin oxuyun:

Gürcüstanda NATO təlimi: Azərbaycan da iştirak edir


Elşad Həsənov

Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi fonunda Gürcüstanın NATO qüvvələrinin təlimlərinə ev sahibliyi etməsi diqqətçəkicidir:

“Bu, gözlənilməz haldır. Tbilisidə “Agile Spirit 2025” adlı çoxmillətli hərbi təlimlər keçirildi. NATO qüvvələrinin Gürcüstanda təlimlər keçirməsi Rusiyanı qıcıqlandırır. Kremlin burada böyük siyasi, strateji və geosiyasi maraqları var. Orta Asiyanı Avropa ilə birləşdirən yeganə yol olan Orta Dəhliz Rusiyanın nəzarətinə keçərsə, mühüm proseslər başlayacaq.

Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır və biz onlara dəstək veririk. Azərbaycan, Cənubi Qafqazın lider ölkəsi olaraq, Gürcüstanın ölkə mənafeyinə zidd istiqamətdə hərəkət etməsinə imkan verməyəcək.

Rusiyanın Gürcüstanla bağlı planları hələlik layihə səviyyəsindədir. Ukrayna ilə müharibədə isə Kremlin mövqeyi müəyyən dərəcədə zəifləyib”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri