Icma.az
close
up
RU
Moskva məşhur ssenarini işə saldı Bakı təcili hazırlıq görməlidir

Moskva məşhur ssenarini işə saldı Bakı təcili hazırlıq görməlidir

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun Rusiya haqda son açıqlaması diqqət çəkib. O bidirib ki, Moskva qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımız arasında yer alır və hazırda bu sahədə kəskin dəyişiklik müşahidə olunmur. Paralel olaraq, qurumun statistika departamentinin direktoru Samir Nəsirov qeyd edib ki, iki dövlət arasında yaşanan gərginlik səbəbindən idxal-ixrac və pul köçürmələrində mühüm irəliləyişlər yoxdur.

Rusiya ilə münasibətlərdəki gərginliyin uzanması bu dinamikaya necə təsir edə bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi və iqtisadi əlaqələr əsasən siyasi münasibətlərə əsaslanır:

“Tərəflər arasında siyasi münasibətlər gərginləşən kimi Azərbaycan pomidorlarında qurd və ya digər xəstəliklər aşkarlanır. Bu, Moskvanın iqtisadi əlaqələrdən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir. Ötən il 26 dekabrda baş verən Qroznı üzərindəki təyyarə qəzası nəticəsində əlaqələr pisləşdi. Ardınca bir sıra hadisələr yaşandı – rus deputat və siyasətçiləri Bakı əleyhinə kəskin çıxışlar etdilər, millət vəkillərimiz Rusiya hava limanından geri qaytarıldı. Bu qarşılıqlı ittihamlar və atışmalar fonunda, qonşu ölkəyə ixrac edilən məhsullar geri qaytarıldı. Həmçinin orada yaşayan, çalışan əmək miqrantların rəsmi gəlirlərindən artıq Azərbaycana pul göndərmələri qadağan olundu. Siyasi gərginlik davam etdiyi müddətcə, iki ölkə arasındakı ticarət dövriyyəsi və pul köçürmələrində də azalmalar yaşanacaq. Əsas səbəb təkcə məhdudiyyətlər deyil, həm də miqrantların fəaliyyətlərinə tətbiq olunan maneələrlə bağlıdır”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Rusiyanın iqtisadiyyatı çökür və bu tendensiya gələcəkdə kəskinləşəcək:

“Çünki Avropa İttifaqının (Aİ) bu yaxınlarda təsdiq etdiyi 18-ci sanksiya paketi ciddi nəticələrə yol açıb. Bu, Rusiyanın tərəfdaşları olan böyük neft emalı zavodlarını və neft-qaz ixrac edən kölgə donanmasını vurdu. Nəticədə, 2020-ci ildə Rusiya neft ixracından təxminən 240 milyard dollar gəlir əldə etdiyi halda, 2024-cü ildə bu göstərici yalnız 80-100 milyard dollar arası oldu. 18-ci sanksiya paketindən sonra gəlirlər təxminən 40-50 milyard dollara düşəcək. Bu azalma Kreml üçün ciddi iqtisadi fəlakətə səbəb ola, hətta siyasi baxımdan sarsıntılara yol aça bilər. Ona görə də Azərbaycan post-Rusiya dövrünə hazırlıqlı olmalı, zərər görməmək üçün müvafiq tədbirlər görməlidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri