Moskva qırmızı xətlər çəkməkdən çoxdan uzaqlaşıb Rusiya XİN müavini Ryabkov
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Biz spekulyativ “qırmızı xətlər” çəkməkdən çoxdan uzaqlaşmışıq. Qərbin silsilə aqressiv hərəkətləri fonunda biz rəqiblərimizə onların bu və ya digər təhlükə yaradan addımlarının konkret nəticələri barədə ciddi xəbərdarlıqlar göndərmək rejiminə keçmişik. Bizi eşitməsələr, praktiki cavab tədbirlərinə keçirik”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Komsomolskaya Pravda”ya verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın əks tədbirləri “güzgü effekti” və ya asimmetrik ola bilər.
“Mövcud xəbərdarlıq siqnalları arasında, xüsusən də, Ukraynadakı hərbi hədəflərdən birinə ən son orta mənzilli hipersəsli silah sistemi “Oreshnik”in sınaqdan çıxarılması daxildir. Eyni zamanda, bu addım Ukrayna böhranı kontekstində ABŞ və NATO-nun kəskin eskalasiya hərəkətlərinə mümkün reaksiya formasının göstəricisi oldu. Bu həm də Rusiyanın Amerika hərbi qüvvələrinin dünyanın müxtəlif bölgələrində orta və daha qısa mənzilli yerüstü raketlər yerləşdirilməsinə potensial reaksiyasının nümayişidir”-deyə Ryabkov vurğulayıb.
Onun sözlərinə görə, Qərbin Rusiyaya zərər vurmaq cəhdləri Moskvanı düşmənlərinin təhlükəsizlik sistemindək zəiflikləri axtarmağa sövq edir. “Prezidenti Putinin dediyi kimi, biz bu zəif nöqtələrə birbaşa və sözdə dolayı hərəkətlər şəklində əks təzyiq göstərmək hüququnu özümüzdə saxlayırıq”.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Dekabr 2024 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















