Icma.az
close
up
RU
Moskva qitələri məhv edə biləcək nüvə sistemlərini sınaqdan keçirir Rusiyanın arsenalında hansı gizli silahlar var?

Moskva qitələri məhv edə biləcək nüvə sistemlərini sınaqdan keçirir Rusiyanın arsenalında hansı gizli silahlar var?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb paytaxtlarında nüvə həyəcanı son illərin ən yüksək həddinə çatıb. Artıq açıq şəkildə etiraf olunur ki, Kremlin masa üzərindəki tək bir düymə ilə Londondan Nyu-Yorka qədər dünyanın ən böyük şəhərlərini bir neçə dəqiqə ərzində xəritədən silə biləcək gücə sahibdir.

Bu barədə "Daily Mail" nəşri yazır ki, Moskvanın qapalı laboratoriyalarında və gizli hərbi poliqonlarında qitələri məhv etmək məqsədi daşıyan yeni nəsil nüvə sistemləri sınaqdan keçirilir. Qeyd olunur ki, Rusiyanın məqsədi sadəcə müharibəni qazanmaq deyil, həm də planetə “diz çök” mesajı verməkdir.

Nəşr yazır ki, Vladimir Putinin son açıqlamaları Qərbdə təhlükə siqnallarını daha da artırıb. Prezident yeni “süper silahların” uğurla sınaqdan keçirildiyini bildirərək Rusiyanın bu sahədə “bənzəri olmayan” imkanlara sahib olduğunu vurğulayıb.

Rusiyanın gizli arsenalında dörd kritik silah ön plana çıxır:

"Poseydon" 

Rusiyanın ən təhlükəli layihələrindən biri olan "Poseydon" nüvə reaktoru ilə işləyən nəhəng sualtı pilotsuz aparatdan ibarətdir. Bu sistem sahil şəhərlərini yüzlərlə kilometr daxilə qədər məhv edəcək radioaktiv okean divarları yaratmaq üçün hazırlanıb. 


“Uçan Çernobil”

Digər təhlükə isə kiçik nüvə reaktoru ilə saatlarla havada qalaraq məhdudiyyətsiz məsafə qət edə bilən "Burevestnik" raketidir. Rus KİV-ləri bu silahı “Uçan Çernobil” adlandırır. 2019-cu ildə baş verən bir sınaq qəzası nəticəsində bir neçə nüvə mütəxəssisi həlak olmuşdu, lakin Moskva proqramı davam etdirir.

"Avanqard"

NATO-nun ən böyük qorxularından biri olan "Avanqard" hipersəs planerləri çox yüksək sürətlə uçarkən trayektoriyasını dəyişdirə bilir və erkən xəbərdarlıqsistemlərini tamamilə yararsız edir.


"Kosmos-2553"

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiyanın orbitə göndərdiyi "Kosmos-2553" peyki nüvə əsaslı anti-peyk sisteminin sınağı ola bilər. Belə bir silah bütün kommunikasiya, GPS, hərbi əlaqə və müasir infrastrukturun çökməsinə səbəb ola bilər.

Rusiyanın digər strateji silahları:

200 tonluq Sarmat raketi çoxlu sayda müstəqil nüvə başlığı daşıya bilir və bircə atəşi yüzlərlə kvadrat kilometri məhv etməyə qadirdir.

"Xinjal" və "Zircon" — “bir neçə dəqiqəyə paytaxtları vura bilən” hipersəs raketləri

MiQ-31K qırıcılarından buraxılan "Xinjal" klassik hava müdafiə sistemlərinin tuta bilmədiyi sürətlərə çatır. "Zircon" isə gəmilərdən və sualtılardan buraxılaraq 7 min mil/saatdan çox sürətlə uçur.

"Peresvet" lazer sistemi

Kremlinə görə "Peresvet" sistemi kosmik peyklərin optik sensorlarını sıradan çıxara bilir. Silahın real imkanları tam məxfi saxlanılır.

Mütəxəssislər hesab edir ki, dünya 1962-ci il Kuba raket böhranından sonra ilk dəfə nüvə qarşıdurmasına bu qədər yaxınlaşıb. Qərb ölkələrinin qiymətləndirməsinə görə, Moskvanın verdiyi mesaj açıqdır - Rusya texnoloji cəhətdən ən inkişaf etmiş nüvə sistemlərini istənilən an işə sala biləcək gücdədir və dünya son onilliklərin ən təhlükəli təhlükəsizlik gərginliyi ilə üzləşir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri