Icma.az
close
up
RU
Moskva şantaj edir, Avropa vəd verir

Moskva şantaj edir, Avropa vəd verir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, xüsusilə də İrəvanın Aİ ilə münasibətləri şaxələndirməsi və erməni ictimaiyyətində İrəvanın Aİ-yə üzvlüklə bağlı məsələnin qaldırılması rəsmi Moskvada ciddi narahatlıq yaradıb.

Bu məsələ Rusiya mediasının gündəm mövzusuna çevrilib. Rusiya rəsmiləri İrəvana bu məsələ ilə bağlı narahatlıqlarını açıq şəkildə çatdırır və Ermənistan hakimiyyətinə mesaj göndərirlər ki, Avrasiya İqtisadi İttifaqına üzv olan ölkənin Aİ ilə münasibətləri möhkəmləndirməsi Moskva tərəfindən normal qarşılanmır. Qeyd edək ki, Rusiya Baş nazirinin müavini AlekseyOverçuk yerli mediayayaaçıqlamasında Ermənistanla bağlı sualları cavablandırarkən bildirib ki, İrəvan Aİ-yə üzv olmaq istəyirsə, ilk növbədə o, iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrilməkdə olan Aİ-nin mahiyyətindəki dəyişiklikləri nəzərə almalıdır. 

“Əgər onlar nə vaxtsa bu cür danışıqlara rəsmi olaraq başlasalar, bu proses çox uzun illər çəkəcək. Əlbəttə, Avropa İttifaqının özünün dinamikasına, nəyə çevrildiyinə baxmaq lazım olacaq. Burada, o cümlədən, bu gün Avropa Komissiyasında, Brüsseldə səsləndirilən bəyanatları dinləmək və izləmək lazımdır. Bu bəyanatlar Aİ-nin iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrildiyi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözlərimizin önündə dəyişir”, - deyə A.Overçuk qeyd edib.

O deyib ki, İrəvan bu məsələ barədə ətraflı düşünməlidir:

“Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv şəkildə yönəlmiş hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırmı? Yəqin ki, bu sualı da ermənilər özlərinə verməlidirlər. İstənilən halda, bu və ya digər inteqrasiya birliyinin xeyrinə seçim həmişə erməni xalqının seçimidir”. 

Rusiyanın dövlət rəsmisi əlavə edib ki, Moskva İrəvanla danışıqlarda öz mesajını onlara çatdırıb:

“Hamı başa düşür ki, Ermənistan eyni zamanda iki inteqrasiya birliyinin tərkibində ola bilməz. Ona görə də əgər nə vaxtsa belə bir seçim ediləcəksə, bu gün Aİ-nin mahiyyətində baş verən dəyişiklikləri nəzərə alaraq, bu seçim kompleks xarakter daşıyacaq”.

Overçukdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri də öz çıxışlarında Aİİ-nin üzvü olmaqla yanaşı Aİ-yə üzvlüklə bağlı müraciətin göndərilməsinin yolverilməz olduğunu bəyan ediblər. 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Ermənistan Aİ-yə üzv olmaq istəyə bilər, amma reallıq bunun tam əksini göstərir:

“Ermənistanda Avropa İttifaqına üzv olmaqla bağlı məsələ qaldırılsa belə, İrəvanın Aİ-yə üzv olmaq şansı qeyri-realdır. Çünki Ermənistan Avropa İttifaqının standartlarına uyğun bir ölkə deyil. Avropa İttifaqına üzv olmaq üçün demokratiya və insan haqları kimi məsələlərdə Aİ-nin tələblərinə cavab vermək, bununla paralel olaraq, Avropa İttifaqının ümumi iqtisadi inkişaf səviyyəsinə çatmaq lazımdır. Eyni zamanda, Aİ də əmin olmalıdır ki, Ermənistan bu ittifaqa problem yaratmayacaq. Xüsusilə, bu məsələdə Ermənistanın Rusiyanın asılılığından və təsir dairəsindən xilas olması Aİ üçün ilkin prioritet olacaq. Bu və digər faktorları nəzərə aldıqda, yaxın gələcəkdə belə bir halın baş verməyəcəyinə şübhə yoxdur. Ermənistana bu prosesi keçmək üçün onilliklər lazım olacaq”. 

E.Xalidbəylinin sözlərinə görə, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqına, həm də Avropa İttifaqına üzv olması qeyri-mümkündür:

“Yaxın gələcəkdə Ermənistanın Aİ-yə üzvlük məsələsi mümkün olmadığından, onun Aİİ-nin daxilində fəaliyyəti ciddi problem yaratmır. Düzdür, Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı qərar qəbul edib və bu barədə rəsmi müraciət də göndərib. Ancaq bu, ilkin müzakirələr mərhələsində olan bir məsələdir. Bu isə Rusiyanı qəzəbləndirir”. 

Ekspert əlavə edib ki, rəsmi İrəvanın Aİ ilə yaxınlaşma istiqamətində addımları Rusiyadan uzaqlaşmaq məqsədinə söykənib:

“Kremldə çox yaxşı bilirlər ki, yaxın gələcəkdə Ermənistanın Aİ-yə üzv olması qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Moskva Ermənistan şantaj edir və təzyiq altında saxlayır. Kreml İrəvana xəbərdarlıq edir ki, əgər Ermənistan Aİ-ni seçəcəksə, Avrasiya İqtisadi İttifaqını tərk etmək məcburiyyətində olacaq. Aİ-yə üzv olmadan İrəvanın Aİİ-ninüzvlüyündən çıxarılması isə Ermənistan iqtisadiyyatına çox sarsıdıcı və dağıdıcı zərbə olar. Ermənistan Aİİ-də iqtisadi, ticari və gömrük güzəştlərinə malikdir və bu, İrəvana xeyli faydalar, ona imtiyazlar qazandırır. Ümumiyyətlə, Ermənistan məhsullarının əsas və başlıca ixrac bazarı Rusiya və Moskvanın himayəsində olan Aİİ məkanıdır. Kreml İrəvanı təhdid etməklə Ermənistanı cilovlamağa və öz orbitinə qaytarmağa çalışır”. 

Yunis Abdulla 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see610

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see462

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see360

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see246

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see242

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see242

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see240

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see234

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see223

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see217

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see215

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see213

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see208

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see203

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see197

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see185

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see178

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see175

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see173

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri