Moskva terrorunun qarşısı alınıb: Sinaqoq və metro hədəfə alınmışdı
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mətbuat xidməti Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olan Orta Asiya əsilli Rusiya vətəndaşının terror fəaliyyətinin qarşısı alındığını açıqlayıb.
Sözügedən şəxsin Moskvada sinaqoq və metro stansiyasında terror aktı törətməyi planlaşdırdığı bildirilən açıqlamada , "Terrorçu hücumlardan sonra Əfqanıstana getməyi planlaşdırırdı. Bu şəxs Moskva bölgəsində saxlanılarkən təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək zərərsizləşdirilib",- deyə qeyd edilib.
Açıqlamada bildirilib ki, həmin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib. Ötən il FSB Moskvada sinaqoqda törədilən terror aktının qarşısının alındığını bildirmişdi.
Mövsüm
Aznews.az
