Icma.az
close
up
RU
Moskva xəbərdarlığı nəzərə almadı Bakı cavab GÖZLƏYİR

Moskva xəbərdarlığı nəzərə almadı Bakı cavab GÖZLƏYİR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın paytaxtı Kiyevdə yerləşən Azərbaycan səfirliyi növbəti dəfə Rusiya hücumunun hədəfinə çevrilib.

Noyabrın 14-də gecə saatlarında şəhərə hücum zamanı “İsgəndər” tipli raketdən biri səfirliyin ərazisinə düşüb.

Partlayış diplomatik nümayəndəliyin hasarını dağıdıb, inzibati bina, konsulluq şöbəsi və xidməti avtomobillər ciddi zərər görüb. Xoşbəxtlikdən hadisə tələfatla nəticələnməyib.

Ancaq bu Rusiyanın Azərbaycanın diplomatik nümayəndəliyini, həmçinin obyektini vurduğu ilk hadisə deyil.

2022-ci ilin mart ayında Azərbaycanın Xarkovdakı konsulluğunun binası hava hücumu zamanı dağıntılara məruz qalıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Rəsmi açıqlamaya görə, Azərbaycan Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edib. Ancaq Azərbaycanın diplomatik nümayəndəliklərinin hədəfə alınması dayanmayıb.

Ötən ilin yanvar ayında Rusiya tərəfindən atılan “Kinjal” raketi səfirliyin cəmi 35 addımlığında 3 metrlik krater yaradıb. Partlamamış sursatın aşkar olunması diplomatik heyətin həyatını son anda xilas edib.

Bu ilin avqust ayında isə Kiyevdə səfirlikdən 50 metr aralı endirilən hava zərbəsi nəticəsində səfirin rezidensiyası, inzibati bina və konsulluq şöbəsi zədələnib.

8 və 18 avqust tarixlərində isə Odessada SOCAR-ın neft bazası iki dəfə dron hücumuna məruz qalıb, işçilər xəsarət alıb.

Bu ardıcıllıq Azərbaycanın diplomatik və iqtisadi hədəflərinə qarşı hücumların sistemli xarakter daşıyıb-daşımadığı sualını gündəmə gətirir.

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın təqdim etdiyi koordinatların nəzərə alınacağına dair təsdiq versə də, hücumlar dayanmayıb. Səfirlik və konsulluq binalarının yaxınlığına düşən zərbələrin artması artıq sırf texniki səhv və ya “müharibənin təsadüfi nəticəsi” versiyasını zəiflədir. Müharibə zonalarında diplomatik obyektlərin koordinatlarının təqdim edilməsi məhz risklərin qarşısını almaq üçündür və bu koordinatlara riayət edilməməsi beynəlxalq hüquqi öhdəliklərin pozulması kimi qiymətləndirilir.

Ardıcıl raket və dron zərbələrinin zamanlaması göstərir ki, Azərbaycanın diplomatik və iqtisadi obyektlərinin vurulması artıq təsadüfi insidentlər kimi dəyərləndirilə bilməz.

Bir ilə yaxın davam edən gərginlikdən sonra Bakı–Moskva xəttində nisbi yumşalma müşahidə olunurdu. Lakin diplomatik missiyanın hədəfə alınması münasibətlərin məhz hansı istiqamətə getdiyi barədə anlaşılmazlıq yaradır. Belə zərbələr nə siyasi məntiqə, nə də ikitərəfli münasibətlərdə formalaşmış son həssas balanslara uyğun gəlir.

Rusiya tərəfinin “koordinatlar nəzərə alınacaq” vədindən sonra belə hücumların davam etməsi Bakının narahatlığını artırır və yaranmış vəziyyət tərəflərin qarşılıqlı etimad mühitinə ciddi xələl gətirir. Bakı Moskvadan açıq qalan suallara cavab gözləyir...

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri