Icma.az
close
up
RU
Moskvada böyük masa qurulur Liderlərin səfərinin pərdəarxası

Moskvada böyük masa qurulur Liderlərin səfərinin pərdəarxası

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya rəsmi dövlət səfərinə başlayıb. Səfər çərçivəsində Çin lideri İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək.

Lakin bu səfər yalnız simvolik-parad xarakteri daşıyan tədbirlərlə məhdudlaşmır. Siyasi dairələrdə qeyd edilir ki, Moskvada “böyük masa” qurulub və bu masa qlobal güclər arasında münasibətlərin yeni mərhələsini müəyyən etmək üçün nəzərdə tutulub.

Si Cinpinin Moskvadakı iştirakı hansı mesajları verir? Qurulan masa hansı geosiyasi məqsədlərə xidmət edir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, əsas hadisə İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi olsa da Moskvada paralel olaraq mühüm siyasi platforma da formalaşmaqdadır:

“Dünya liderləri bir araya gələrək qlobal narahatlıq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Çin və Rusiya arasında xüsusi tərəfdaşlıq münasibətləri mövcuddur və onlar bu yaxınlarda yenilənmiş sənəd əsasında əməkdaşlıqlarını davam etdirirlər. ABŞ, Çin və Rusiya üçbucağında müəyyən ziddiyyətlər var. Buna görə də hər bir aktor çalışır ki, həm qarşı tərəflə münasibətləri tənzimləsin, həm də digər iki ölkə arasındakı münasibətlərə öz təsirini göstərsin. Burada əsas prinsip belədir: biz kimə qarşı dostuq? Geosiyasi aləmdə bu yanaşma artıq oturuşmuş bir ənənəyə çevrilib. Moskva da bu səbəbdən Pekinlə münasibətlərini qoruyub saxlamağa çalışır. ABŞ isə Rusiya ilə Çin arasında etibarlı əlaqələrin yaranmasında maraqlı deyil. Bu da artıq formalaşmış diplomatik strategiyadır”.

Tofiq Abbasov

Politoloq əlavə edib ki, Moskvada keçiriləcək görüşlərdən ciddi gözləntilər var:

“Hazırda dünyada mövcud olan bir çox münaqişəli vəziyyət daha da kəskinləşir. ABŞ-da Donald Tramp Rusiya və Ukrayna arasında sülhün və müvəqqəti atəşkəsin əldə olunması üçün çağırışlar edir. Yaxın Şərqdə vəziyyət son dərəcə gərgindir. Suriya ətrafında Türkiyə ilə İsrail arasında münasibətlərdə problemlər yaranıb. Dünya liderləri bu proseslərə biganə qala bilməzlər. Onların iştirakı vacibdir ki, tərəflər arasında vasitəçilik etsinlər, tənzimləmə prosesinə töhfə versinlər. Paralel olaraq Pakistan və Hindistan arasında artan gərginlik də diqqət mərkəzindədir. Hər iki ölkə böyük hərbi potensiala və nüvə silahlarına malikdir. Müharibə riski realdır. Münaqişəni alovlandıran qüvvələr anlamalıdır ki, bu vəziyyət bizi Üçüncü Dünya Müharibəsinin astanasına gətirə bilər. Bu təhlükənin qarşısı alınmalıdır. Moskvadakı görüşlərdə də əsas müzakirə mövzuları hərb və sülh, əməkdaşlığın yeni formatları və bu kimi qlobal məsələlər olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri