Icma.az
close
up
RU
Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib AZƏRTAC

Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Moskva, 14 dekabr, AZƏRTAC

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında (Prezident Akademiyası) (RXTveDXA) “Görkəmli alim, müəllim, hüquqşünas Cahangir Kərimov” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

“Biz Rusiyanı sevirik” beynəlxalq hərəkatının, Prezident Akademiyasının və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə keçirilən gecə C.Kərimovun həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Tədbirdə C.Kərimovun həmkarları və tələbələri, hüquqşünas alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Akademiyanın prorektoru, Biznes və İşgüzar İdarəetmə İnstitutunun direktoru Sergey Myasoyedov, Akademiyanın Dövlət Xidməti və İdarəetmə İnstitutunun direktoru Ruslan Korçaqin, “Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Deniz, siyasi xadim, Dövlət Dumasının əməkdaşı Ramin Qasımov, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov, “Biz Rusiyanı sevirik” Beynəlxalq Hərəkatı Şurasının sədri Viktor Xmarin və başqaları təqdimatlarla çıxış ediblər.

Çıxış edənlər vurğulayıblar ki, C.Kərimovun dərslikləri və elmi əsərləri əsasında siyasətçi və hüquqşünas nəsilləri yetişib. hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsi üzrə mütəxəssis olan C.Kərimovun fundamental elmi əsərləri öz dərinliyi, rəngarəngliyi və həcmi ilə insanı heyrətləndirir. O, hüququn ümumi nəzəriyyəsi, qanunvericilik texnologiyası, hüquq psixologiyası, hüquqi kibernetika və hüquq pozuntularının hərtərəfli sosial profilaktikasına həsr olunmuş 800-dən çox elmi əsərin və 40 monoqrafiyanın müəllifidir.

General-polkovnik, Prezident Akademiyasının rektorunun müşaviri Viktor Zorin alimlə bağlı xatirələrini bölüşüb və bir neçə görkəmli azərbaycanlını, o cümlədən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi şəxsən tanıdığını bildirib.

Tədbir iştirakçıları Sankt-Peterburqda Cahangir Kərimovun yaşadığı evin fasadında xatirə lövhəsinin quraşdırılması təşəbbüsü ilə çıxış ediblər.

Alimin oğlu, hüquq elmləri doktoru, RXTveDXA və Moskva Dövlət Universitetinin professoru Aleksandr Kərimov atasının xatirəsinə göstərdikləri diqqətə görə tədbir iştirakçılarına və Akademiyaya minnətdarlığını bildirib.

Cahangir Kərimov 1923-cü il iyulun 18-də Bakı şəhərində anadan olub, hüquq elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının akademikidir. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, SSRİ-nin və xarici ölkələrin orden və medalları ilə, habelə ictimai mükafatlarla təltif edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri