Icma.az
close
up
RU
Moskvada İranın nüvə proqramı müzakirə olunacaq

Moskvada İranın nüvə proqramı müzakirə olunacaq

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin rəsmisi Mariya Zaxarova məsləhətləşmələrin ekspertlər səviyyəsində baş tutacağını açıqlayıb.
Bundan əvvəl İranın Xarici İşlər nazirliyinin sözçüsü İsmail Baqai də Moskvada belə bir görüşün keçiriləcəyini bildirmişdi.
“Bu gün və sabah bizim Moskvada daha bir üçtərəfli görüşümüz olacaq. Orada Çin, Rusiya və İran nüvə məsələsi, nüvə sazişi və 2231 saylı qətnamə ilə bağlı müxtəlif aspektləri müzakirə edəcəklər”, - iranlı məmur keçirdiyi brifinqdə deyib.
Həmçinin, iranlı deputat Məhəmməd Qasim Osmaninin Qərblə danışıqlarda “bərabərliyin” təminatı üçün atom bombası yaratmaq təklifinə toxunan İsmail Baqai bildirib ki, İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağandır.
- İran heç vaxt, heç bir halda nüvə silahı yaratmaq yolu ilə getməyəcək. Bu, Ali Rəhbərin (Ayətullah Əli Xameneyi) fitvasına əsaslanan strategiyamızın tərkib hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”, - İran XİN-in sözçüsü vurğulayıb.
Qeyd edək ki, İranda nüvə silahının hazırlanmasına 2003-cü ildə Ali Rəhbər Əli Xamneyinin fətvası ilə rəsmən qadağa qoyulub.

Bir ay əvvəl ABŞ prezidenti Donald Tramp İranın Ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılması təklifi ilə mesaj göndərdiyini açıqlayıb. Tehran Vaşinqtonla birbaşa dialoqdan boyun qaçırsa da, danışıqların vasitəçilərin iştirakı ilə davam etdirilməsinə razılaşdı.
Martın 30-da isə Amerika lideri nüvə proqramı üzrə danışıqlar nəticə verməsə, iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcəyini bildirdi. O, həmçinin Tehranın sazişdən tamamilə imtina edəcəyi təqdirdə İranı görünməmiş bombardmanlarla hədələyib.
Bunun cavabında ABŞ-nin hərbi müdaxiləsi ehtimalına inanmadığını deyən Xameneyi Ağ Evə xəbərdarlıq ünvanlayıb: “Vaşinqtonun İranda iğtişaş törətmək cəhdinə qəti cavab veriləcək”.
Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövründə 2018-ci ildə ABŞ İranın nüvə proqramı üzrə saziş kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planından (5+1 formatı) çıxıb.
İran və altı vasitəçi ölkə (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında
2015-ci ildə bağlanmış bu saziş Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. Vaşionqtonun həmin formatdan çıxmasının qarşılığında İran texnoloji imkanlarını və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri