Moskvada məşhur yaşayış kompleksində YANĞIN VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiyanın Moskva şəhərində “Zilart” yaşayış kompleksində yanğın baş verib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsindən başlayan yanğında kondisioner sistemləri yanıb.
İtki barədə məlumat yoxdur. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın lokallaşdırılıb.
Yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, “Zilart” Moskvada elit yaşayış kompleksidir. Orada 3 otaqlı mənzilin qiyməti orta hesabla 63 milyon rubldan başlayır və 100 milyon rubla qədər çata bilər. Yaşayış kompleksi Moskva çayının sahilində yerləşir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Moskvada güclü YANĞIN VİDEO
08 Dekabr 2025 14:22
Bakıda məşhur yaşayış kompleksində YANĞIN FOTO, VİDEO KONKRET
09 Mart 2026 22:36
Moskvada GÜCLÜ YANĞIN VİDEO KONKRET
31 May 2025 20:37
Xırdalanda yaşayış kompleksində YANĞIN BAŞLAYIB
17 Aprel 2026 16:39
Moskvada yaşayış binasında GÜCLÜ YANĞIN: Ölənlər və yaralananlar var FOTO/VİDEO
23 Mart 2026 12:08
Baxış sayı:105
Bu xəbər 25 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















