Moskvada universitetdə terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva universitetlərindən birində terror aktı törətməyi planlaşdıran şəxsi saxlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "REN TV" hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Məlumata görə, Rusiya paytaxtının sakini Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib. O, öz evində yanğınsöndürən vasitə kimi maskalanmış əldəqayırma partlayıcı qurğu saxlayıb. Mənbənin sözlərinə görə, kişi həmin əldəqayırma qurğunu universitetin ərazisində quraşdırmağı və sentyabrın 1-də birinci kurs tələbələrinin təntənəli toplantısı zamanı uzaq məsafədən işə salmağı planlaşdırıb.
"Ona terror aktı törətməsi üçün 2.4 min dollar vəd edilib. O, bütün göstərişləri "Telegram" mesenceri vasitəsilə alıb", - deyə hüquq-mühafizə orqanları əlavə ediblər.
Həmçinin qeyd olunub ki, saxlanılan şəxsə qarşı terror aktı hazırlanması maddəsi üzrə cinayət işi açılıb. Kişi dindirilmə zamanı etiraf edib.
Baxış sayı:123
Bu xəbər 19 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















