Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib FOTO
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Mayın 5-7-də Moskvada Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) onuncu iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclas zamanı Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması üsulları müzakirə olunub. Eyni zamanda tərəflər Xəzər dənizində əməkdaşlığa nəzər salıb və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə ediblər.
Ölkə nümayəndələri danışıqların nəticələrini müsbət qiymətləndirib və yüksək təşkilatçılıq səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.
İşçi Qrupun növbəti iclasının diplomatik kanallar vasitəsilə razılaşdırılmış vaxtda Türkmənistanda keçiriləcəyi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 07 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















