Moskvadakı diasporumuz fəaliyyətini dayandırır
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya paytaxtında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov bildirib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlığından çıxarılandan və bu ölkədən deportasiya ediləndən sonra diaspora fəaliyyətini dayandıracaq: "Diasporumuz milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilir. Diasporu çox güman ki, buraxacaqlar. Hazırkı vəziyyətdə heç kim bu sahədə işləmək istəmir".
30 ildən çoxdur ki, Rusiyada yaşayan Elşən İbrahimov iyulun 4-də bu ölkədə qalma qaydalarını pozduğuna görə saxlanılıb. O, daha sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.
Baxış sayı:111
Bu xəbər 19 İyul 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















