Moskvadan HƏMASa girovların azad edilməsi çağırışı Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Moskva HƏMAS-ın girovluğunda saxlanılan rusiyalılar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsinə çağırış edib.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirilib.
“Bu gün yüzdən çox insan əsirlikdədir. Günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanmasına heç bir şəkildə haqq qazandırıla bilinməz. Fələstinli dəstələrin əlində olan bütün mülki şəxslərin, ilk növbədə, soydaşlarımız Trufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarovanın sözlərinə görə, bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş, o cümlədən Rusiyanın Yaxın Şərq ölkələrindəki səfirliklərinin kanalları vasitəsilə davam etdiriləcək.
Baxış sayı:83
Bu xəbər 15 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















