Icma.az
close
up
RU
Moskvadan İrəvana tapşırıq göndərildi

Moskvadan İrəvana tapşırıq göndərildi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistanda revanşistlər Baş nazir Nikol Paşinyana qarşı addımları davam etdirirlər. 

Son olaraq separatçıların özlərini “vətəndaş cəmiyyəti” adlandırdığı bir qrup nümayəndəsi bütün ermənilərin katolikosu II Qareginə məktub ünvanlayıb. Onlar Qarabağdan gedən ermənilər adından danışdıqlarını iddia edərək, “Artsax yeparxiyasının hazırkı rəhbəri” yepiskop Vrtanes Abrahamyanın son hərəkətləridən məyusluq və qəzəb ifadə ediblər: 

“Yepiskop Vrtanes Abrahamyanın müqəddəs kilsəmizin qanunlarını pozaraq, seçilmiş və bəhs edilmiş bütün ermənilərin ekumenik katolikosuna qarşı necə üsyan etdiyini görmək hamımız üçün son dərəcə narahatedici və təhqiramiz idi”. Müraciət müəllifləri yepiskopu da Baş nazir Nikol Paşinyanın kilsə əleyhinə kampaniyasına qoşulmaqda ittiham ediblər: 

“Dindarların çoxsaylı müraciətlərinə baxmayaraq, o, hələ də tövbə etməyib və ya “Artsax” xalqından üzr istəməyib. Əksinə, o, həmvətənləri ilə görüşlərdən yayınır, telefon zənglərinə cavab vermir və ona etibar edilən icmaya açıq-aşkar hörmətsizlik göstərir”. Separatçılar “Artsax yeparxiyası”nın rəhbərinin dəyişdirilməsi məsələsinə baxılmasını istəyiblər: 

“Çünki hazırkı lider dindarların etimadını tamamilə itirib və seçdiyi yola görə artıq sadiq “Artsax yeparxiyası”na rəhbərlik etmək üçün heç bir mənəvi əsası yoxdur”. 

Beləliklə, II Qaregin və revanşistlərin gələn il keçiriləcək parlament seçkilərindən əvvəl Paşinyana qarşı yeni kampaniyaya başladıqları görünür. Prosesin arxasında isə Kremlin dayandığı istisna edilmir. 

Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə 6 ay vaxt qalıb: 

“Bu müddət ərzində Baş nazir Nikol Paşinyanın kilsə və Rusiyanın Ermənistandakı “5-ci kolon”u olan parlament müxalifəti, o cümlədən Moskvaya bağlı digər qüvvələrin neytrallaşdırılmasına çalışacaq. Elə bütün bunların fonunda Rusiyadan idarə olunan qüvvələrə Nikola qarşı sistemli mübarizəyə start verib. 

Görünür, onlara yanvarı gözləmədən ilin sonlarına doğru artıq bununla bağlı Moskvadan növbəti tapşırıq gəlib. Revanşistlərin artıq hərəkətə keçdiyi bunu deməyə əsas verir. Xəstə təfəkkürlü revanşist qüvvələr “Qarabağ kartı” ilə cəmiyyətin yenidən ətraflarına toplana biləcəklərini düşünürlər”. 

Ekspertin sözlərinə görə, Kreml də Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün yenidən erməni cəmiyyətində “Qarabağ kartı”ndan istifadə etmək istəyir: 

“Məqsəd “Qarabağ kartı” ilə kilsəni bir araya gətirməkdir. Ənənəvi müxalifətdə olan Robert Köçəryan və Serj Sarkisyan bu prosesin siyasi yükünü öz üzərinə götürə bilmədi. Əvvəlki adamlar özlərini doğrulda bilmədiyi üçün Rusiya yenidən ənənəvi kartını işə salıb. Bu səbəbdən də kilsə və “Qarabağ kartı”ndan istifadə etmək istəyirlər”. 

Politoloq hesab edir ki, prosesin belə erkən başlaması Paşinyanın xeyrinə olacaq: 

“Çünki o, seçkilərdən əvvəl bu qüvvələrin nə qədər qeyri-səmimi olduğunu, Ermənistan dövlətinin və xalqının deyil, başqa dövlətin imperiya maraqlarını xidmətçisi olduqlarını cəmiyyətə izah edə bilər. Baş nazir bununla da erməni cəmiyyətini öz ətrafında toplaması mümkündür. Yəni prosesin bir qədər tez başlaması Paşinyanın lehinə olacaq”. 

Taleh Əliyev qeyd edib ki, II Qareginin vəzifəsindən kənarlaşdırılma prosesinin seçkidən əvvəl olma ehtimalı yüksəkdir:

 “Artıq Paşinyanın II Qareginin alternativlər üzərində düşündüyünü erməni mediasında görürük. O, seçki ərəfəsində və sonrasında kilsənin ölkədə yeni qarışıqlıq yaratmaması üçün buna çalışacaq. Düşünürəm ki, II Qaregin seçkilərə qədər vəzifəsindən kənarlaşdırılmasa, onu daha biabırçı son gözləyə bilər. Daha dəqiq desəm, II Qaregin parlament seçkilərindən sonra həbs oluna bilər”.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Rusiya Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri