Moskvadan Parisə GİZLİ SƏFƏR Putinin adamının üzünə hansı ölkə qapıları açıb?
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kremlin xüsusi elçisi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev "könüllülər koalisiyası" sammitindən bir gün sonra gizli şəkildə Parisə səfər edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Bildirilib ki, Ukrayna nümayəndə heyəti müttəfiqləri ilə məsləhətləşərkən Rusiya rəsmisi ABŞ səfirliyində qəbul edilib.
"Rusiya səfiri Kirill Dmitriyevin Parisdə olduğu bildirilir. O, Rue du Faubourg Saint-Honoré küçəsində görünüb", - nəşr əlavı edib.
Qeyd edilib ki, Yelisey Sarayı Dmitriyevin 7 yanvarda, "könüllülər koalisiyası" ilə Stiv Uitkoff və Cared Kuşner arasında Parisdə keçirilən danışıqlardan bir gün sonra prezident sarayına baş çəkmədiyini, lakin Yelisey Sarayının yanında yerləşən ABŞ səfirliyində qəbul edildiyini vurğulayır.
Nəşr Kirill Dmitriyevi "Kreml ilə Ağ Ev arasında əsas əlaqə" və 28 maddəlik sülh müqaviləsinin həmmüəllifi adlandırır.
Vurğulanıb ki, Kirill Dmitriyevin 7 yanvar 2026-cı ildə Rue du Faubourg Saint-Honoré küçəsində görünməsi Ukrayna danışıqlar qrupunun Parisdə olması ilə üst-üstə düşüb. Həmin vaxt Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna nümayəndə heyətinin digər üzvləri NATO nümayəndələrinin iştirakı ilə Fransa, Birləşmiş Krallıq və Almaniyadan olan təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparıblar.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















