Icma.az
close
up
RU
Moskvadan tapşırıq verildi: Paşinyanı narazı salan Qarabağ PLANI

Moskvadan tapşırıq verildi: Paşinyanı narazı salan Qarabağ PLANI

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ötən gün Ermənistandakı “Yerablur” məzarlığında Qarabağdakı keçmiş qondarma rejimin separatçılarının və yerli müxalifətin iştirakı ilə tədbir keçirilib. Keçmiş rejimin son “lideri” Samvel Şahramanyan jurnalistlərə açıqlamasında “artsax” məsələsinin Ermənistan üçün yük olduğunu və onun bağlanmasının zəruriliyini anladıqlarını desə də, ardınca səsləndirdiyi separatçı bəyanatlar birmənalı qarşılanmayıb.

Son zamanlar keçmiş qondarma rejimin nümayəndələrinin İrəvanda fəallaşdığı və hətta yerli müxalifətlə əməkdaşlıq etdiyi müşahidə olunur. Hökumətyönlü dairələr onların arxasında birbaşa Rusiyanın dayandığını iddia edirlər. Məlumata görə, həmin qüvvələr 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi kampaniyaya start veriblər.

İrəvanda hazırkı hökumətə qarşı başlanan bu proses nə dərəcədə uğurlu olacaq? Azərbaycanla sülh danışıqları fonunda bu təşəbbüs necə qiymətləndirilməlidir?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Ermənistanda Qarabağ klanı həmişə güclü olub:

“Onlar daim siyasətdə və ordunun daxilində təmsil olunublar. İqtisadi və maliyyə baxımından da əhəmiyyətli gücə malikdirlər. Hazırda separatçı rejimin qalıqları müxtəlif açıqlamalar verirlər. Qarabağın onlar üçün böyük yük olduğunu vurğulayırlar. Bu da Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi kursuna bənzəyir. Paşinyan da “yeni respublika”dan danışmağa başlayıb. O deyirdi ki, ölkə üçün yük olan Qarabağ məsələsi artıq bağlanıb.

Lakin məsələnin tam yekunlaşdığını demək doğru olmazdı. Qarabağdan Ermənistana təzyiq göstərmək və ya regionda yeni gərginlik ocaqları yaratmaq məqsədilə istifadə etmək üçün müəyyən addımların atılması mümkündür. ATƏT-in Minsk Qrupu faktiki olaraq ləğv edilib və bu məsələ ilə bağlı rəsmi fəaliyyət göstərən heç bir beynəlxalq qurum qalmayıb”.

Həmçinin oxuyun:

Paşinyan Trampın Vardanyanla bağlı təklifini rədd edib? – Qəribə cavab


Səxavət Məmməd

Hərbi ekspert bildirib ki, prosesə bir neçə aspektdən yanaşmaq lazımdır:

“Minsk Qrupunun sıradan çıxması ilə paralel olaraq Fransa və ABŞ da prosesdən kənarda qaldı. Ermənistan və Azərbaycan öhdəlik götürüblər ki, sərhəddə üçüncü bir qüvvə olmayacaq. Lakin hələ də Avropa İttifaqının monitorinq missiyasının gələcək fəaliyyətinə dair rəsmi açıqlama verilməyib. Bundan əlavə, Rusiya faktorunu da nəzərdən qaçırmaq olmaz.

Hazırkı müxalifət elə Qarabağ klanıdır. 2026-cı ildə baş tutacaq parlament seçkilərinin Nikol Paşinyan üçün asan olmayacağını düşünürəm. Çünki onun reytinqi çox aşağıdır. Paşinyan eyni anda Rusiya, İran, ABŞ, Çin və Hindistan kimi dövlətlərlə balans siyasəti yürütməyə çalışır.

Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın gələcəkdə nələrin baş verəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Əgər Paşinyan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsi məsələsində Moskvaya hansısa jest etməsə, bu istiqamətdə irəliləyiş ləngiyə bilər. Baş nazir hakimiyyətini qorumaq istəyirsə, həmin layihə ilə bağlı müəyyən razılığa gəlməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri