Icma.az
close
up
RU
Moskvanın Ankara ilə bağlı PLANI: Zelenskinin ardından Putinin Lavrovu Türkiyəyə göndərməsi nəyə hesablanıb? KONKRET

Moskvanın Ankara ilə bağlı PLANI: Zelenskinin ardından Putinin Lavrovu Türkiyəyə göndərməsi nəyə hesablanıb? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada baş verən siyasi hadisələr yeni mərhələyə qədəm qoyub. Ukrayna-Rusiya müharibəsində Kiyevi silahlandıran ABŞ Donald Trampın prezident seçilməsindən sonra istiqamətini dəyişib. Amerika Ukraynanı döyüş meydanında tək qoyaraq Rusiya ilə anlaşmaya gedir. Əslində, Trampın Ukraynanı yarı yolda buraxmasının bəzi pərdəarxası məqamları var. Üstəlik, Zelenski də ABŞ-a daha bel bağlamır və Türkiyəyə üz tutub. Düzdür, Türkiyəin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi fərqlidir. Ankara iki ölkə arasında müharibəyə son qoymaq üçün vasitəçi olmağa üstünlük verir. Zelenskinin Türkiyəyə səfəri başa çatar-çatmaz Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya səfərə hazırlaşır. Məlumata görə Lavrov fevralın 24-də Ankarada Türkiyə prezidenti Ərdoğanla görüşəcək.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Zelenskinin səfərindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə getməsi önəmli və vacibdir:

“Çox güman ki, Lavrovun səfərində Ukrayna ilə barış mövzusu müzakirə ediləcək. Rusiya ilə Ukrayna arasında hansı müqavilənin imzalanması ehtimalları ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda təkcə bu məsələyə fokuslanmayacağı ehtimalı var. Çünki Rusiya ilə Türkiyə müxtəlif platformalarda, fərqli məsələlərlə bağlı dərin əməkdaşlıq meyarlarına malik olan ölkələrdir. Və iki ölkənin istər Akkuyuda, istərsə də digər layihələrdə ortaq yatırımları, sərmayələri mövcuddur. Amma Zelenskinin təbii ki, Türkiyəyə səfər etməsi, həmçinin Putinin bu səfərin arxasınca Lavrovu Ankaraya göndərməsi, Türkiyənin Rusiya-Ukrayna danışıqlarında oynaya biləcəyi pozitiv rola və moderatorluğa verilən yüksək qiyməti göstərir. Rusiya rəhbərliyi Türkiyənin digər NATO üzvlərindən fərqli olaraq Rusiya-Ukrayna danışıqlarında obyektiv və ədalətli vasitəçi qismində iştirak etdiyini söyləyib. Bu gün də biz həmin tendensiyanın davamını müşahidə edirik. Rusiya anlayır ki, Türkiyə doğurudan da Rusiya-Ukrayna arasındakı danışıqlarda uğurlu bir ev sahibi ola bilər. Daha əvvəl Türkiyə prezidenti Ərdoğan Zelenski ilə görüşdə Türkiyənin ABŞ-ın Rusiya-Ukrayna arasında danışıqda ev sahibliyi edə biləcəyini söyləmişdi. Bunun üçün İstanbulu ən uyğun şəhər kimi dəyərləndirmişdi. Hər halda Lavrovun Zelenskidən sonra Türkiyəyə səfəri Ankaranın vasitəçilik missiyası ətrafında müzakirələr aparılacağı ehtimalını artırır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri