Icma.az
close
up
RU
Moskvanın qeyri səmimi mövqeyi

Moskvanın qeyri səmimi mövqeyi

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması hadisəsi ciddi bir insident idi və bu hadisəyə görə məsuliyyət daşıyan tərəfin üzr istəməsi, günahını etiraf etməsi gözlənilirdi. Lakin bunun əvəzinə, Moskvanın bəzi siyasi dairələrinin Azərbaycana qarşı qərəzli mövqe tutması, məsuliyyəti açıq şəkildə boynuna almaması və bu məsələdə qeyri-səmimi yanaşması anlaşılmaz və qəbuledilməzdir.
Hər hansı bir dövlət əgər özünü müttəfiq adlandırırsa, onun siyasəti də müttəfiqliyin prinsiplərinə uyğun olmalıdır. Ancaq burada tam əks mənzərə ilə qarşılaşırıq – müttəfiqlik adı altında edilən ikili standartlar və siyasi manipulyasiya. AZAL-ın təyyarəsinin vurulması ilə bağlı məsələ yalnız texniki səhv kimi izah edilə bilməz. Belə bir hadisənin baş verməsi ciddi hüquqi və siyasi məsuliyyət tələb edir.
Azərbaycan bu məsələdə açıq və ədalətli mövqe sərgiləyir və müttəfiqlik əlaqələrinə sadiqliyini nümayiş etdirir. Ancaq Moskvanın bəzi dairələrinin bu cür hadisələrə münasibətdə qeyri-səmimi davranması, məsələnin üzərindən keçməyə çalışması, əksinə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi uzunmüddətli perspektivdə iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.
Azərbaycan güclü və müstəqil dövlətdir, milli maraqlarına qarşı yönələn istənilən addıma adekvat cavab vermək iqtidarındadır. Əgər Moskva həqiqətən də strateji tərəfdaş olduğunu iddia edirsə, ilk növbədə, bu hadisəyə görə üzr istəməli və günahını etiraf etməlidir.
Azər Yadigaroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Fevral 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see356

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see250

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see239

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see224

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see190

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see183

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see170

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see170

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see167

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see161

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see158

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see157

Şəxsi məlumatlarla bağlı narahatlıq banklara etimadı sarsıda bilər

21 İyul 2026 12:30see156

Prezidentin Almaniya səfəri ilə bağlı Video

21 İyul 2026 20:13see155

Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq

21 İyul 2026 04:05see155

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see154

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see152

“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile da

21 İyul 2026 13:23see151

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see148

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri