Icma.az
close
up
RU
Moskvanın silahı Londonu qorxuya saldı: Kiyevlə bağlı qərarda yeni detal

Moskvanın silahı Londonu qorxuya saldı: Kiyevlə bağlı qərarda yeni detal

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Deyli Ekspres” nəşrinin Böyük Britaniyanın nüvə münaqişəsinə hazırlaşdığına dair məqaləsi beynəlxalq siyasi dairələrdə müzakirələrə səbəb olub.

Nəşr Kiyevin hazırkı vəziyyətlə bağlı danışıqlarda iştirakına icazə verilməyəcəyi halda, münaqişənin gərginləşməsinin qaçılmaz olduğunu yazıb. Məlumata görə, Rusiya 800 kilotonluq “Topol SS-25” nüvə bombasından istifadə etməyə qərar verərsə, gözlənilən nüvə münaqişəsi yaşana bilər. Bildirilib ki, ehtimal edilən hücumda Moskva Londonun dörd mümkün bölgəsini hədəfə alacaq.

Rusiya və Böyük Britaniya arasındakı gərgin vəziyyət nüvə müharibəsinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə Rusiya-Ukrayna müharibəsinə qlobal münasibət dəyişməkdədir:

“Artıq Ukraynaya əvvəlki kimi maddi və mənəvi dəstək verilmir. Tramp müharibənin dayandırılmasının tərəfdarıdır. Buna Avropadakı müttəfiqlərini də inandırmağa çalışır. Əks halda onları sülh prosesindən kənarda saxlamağa cəhd edəcək. Məsələ burasındadır ki, təqdim olunan atəşkəs və sülh layihəsi ədalətə söykənmir, Ukraynanın siyasi maraqlarını, ərazi bütövlüyünü qorumur. Mediada yayılan məlumatlarda da prosesin Moskvanın xeyrinə olduğu və getdikcə zəifləyən Rusiyaya yeni nəfəs veridiyi görünür. Yəni burada başlıca amil Ukraynanın xilas olunması deyil, ABŞ-ın maraqlarının təmin edilməsidir.

Ər-Riyadda Vaşinqton və Moskva rəsmiləri arasında keçirilən görüşdə Avropanın kənarda saxlanılması çox ciddi narazılıq və qıcıq yaratdı. Lakin bu günlərdə Fransa Prezidenti Emmanuel Makaronun ABŞ-a səfəri və Trampla görüşündən sonra mövqeyindəki dəyişikliklər gözdən qaçmamalıdır. Avropa İttifaqının (Aİ) siyasi xəttinin formalaşmasında müstəsna rolu olan Fransa, Trampın mövqeyinin dəstəkçisi kimi goründü. Bu isə bizə proseslərin dinamikası və istiqaməti haqqında əhəmiyyətli bilgilər verir”.


Mütəllim Rəhimli

Politoloqun sözlərinə görə, Rusiyanın hazırda nüvə silahından istifadə etməyə ehtiyacı yoxdur:

“Onsuz da mövcud proseslər onun xeyrinədir. Ukrayna isə təkbaşına Trampın ssenarisini pozmaq gücündə deyil. Həmçinin prosesə münasibətdə Aİ ölkələri arasında getdikcə parçalanmanın olduğu müşahidə edilir. Nəticədə ittifaqın öz oyununu oynamaq üçün nüvə silahına əl atmaq və Rusiyaya qarşı təhrikedici addımlara yol vermək şansı minimuma enir.

Bütün bunları nəzərə alaraq demək olar ki, “Deyli Ekspres”in yazısı Avropanın düşdüyü vəziyyətdən çıxış yolu axtarmaqdır. Avropa yalnız şiddətli müharibənin davam etməsi yolu ilə ABŞ-ı öz arxasına ala bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri