Icma.az
close
up
RU
Moskvaya çağırılan Paşinyanın səsi Parisdən gəldi Qəfil uçuş

Moskvaya çağırılan Paşinyanın səsi Parisdən gəldi Qəfil uçuş

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Baş nazir Nikol Paşinyan iki günlük işgüzar səfərlə Fransaya yola düşüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Parisdə keçiriləcək beynəlxalq kosmos sammitində iştirak edəcək. Paşinyan özü sosial şəbəkə səhifəsində təyyarədən video paylaşaraq yazıb: “İşgüzar səfərlə Parisə yollanıram; orada Prezident Makronla görüşəcəyəm”.

Videoda onun digər sərnişinlərlə birlikdə adi kommersiya reysi ilə səyahət etdiyi görünür. Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər edəcəyi açıqlanmışdı. Kreml sözçüsü Dmitri Peskov səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin ilin sonunadək baş tutacağını bildirmişdi.

Xatırladaq ki, ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya və Ermənistanın liderlərinin görüşü olub.

Putin Paşinyanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib. Paşinyanın Rusiyaya çağırıldığı ərəfədə qəfildən Parisə uçması suallar doğurur. Bu arada, Paşinyanla prezident Makronun İrəvan hava limanındakı qucaqlaşma səhnəsi yada düşür. Dar ayaqda Paşinyan daim Makrona üz tutur.

Putinlə son görüşündə Ermənistana ünvanlanan əsas mesajlardan biri İrəvanın Avropa İtifaqı – Avrasya İqtisadi İttifaqı arasında seçim etməsi ilə bağlı idi. Rusiya lideri hətta  Gümrüdəki hərbi bazanı çıxara biləcəyini də açıqlamışdı. Bu isə Paşinyana xəbərdarlıq xarakterlidir. Heç şübhəsiz, Rusiya rəhbərliyindən Paşinyana gələn dəvətin arxasında ciddi məsələlər var. Erməni baş nazir Moskvada ciddi suallara cavab verməlidir. Həm də Ermənistanın referendum qərarı verməsi ilə bağlı. Bu mənada istisna etmək olmaz ki, Paşinyan Makrondan təminat almaq üçün Parisə yollanıb.

Yoxsa Ermənistan rəhbərliyinin kosmosda “adamı”mı var, bu mövzuda müzakirələrə qoşulsun?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Paşinyan Moskvaya getməyə həvəssizdir. Onun sözlərinə görə, hər dəfə Putinin ayağına getmək istəmir, amma Rusiya lideri dəvət edirsə, bundan imtina edə də bilmir: “Görünür, Rusiyada müzakirə edəcəyi mövzuları öncə yaxın tərəfdaşı Makronla məsləhətləşməyə ehtiyacı var. Ola bilsin Putin elə bir təkliflər irəli sürə bilər ki, Paşinyan təkbaşına qərar verməkdə çətinlik çəkə bilər. Ona görə indidən Makronla məsləhətləşməyə gedib ki, Putinin təkliflərinə və yaxud hansısa tələbinə necə cavab versin”.

Elxan Şahinoğlu hesab edir ki, Paşinyan Rusiya hərbi bazasının çıxarılmasına razıdır: “Amma onu da bilir ki, Kreml bunun qarşılığında Paşinyana başqa problemlər yarada bilər. Bax, bu problemlərdən özünü qorumaq, təhlükəsizlik tədbirlərini artırmaq üçün görünür Paşinyanın Makronla təcili məsləhətləşməsinə ehtiyacı var”. //Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri