Icma.az
close
up
RU
“Moskvaya hədiyyə“: Trampın BCM ə qarşı sanksiyaları Rusiyada sevinclə qarşılanıb

“Moskvaya hədiyyə“: Trampın BCM ə qarşı sanksiyaları Rusiyada sevinclə qarşılanıb

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu, əla xəbərdir, BCM həddindən artıq çox şeyi özünə rəva görüb, indi isə Tramp ona yerini göstərib..."

Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarı Moskvada mühüm hadisə kimi qəbul edilıb.

Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri yazıb.

Məlumatda deyilir ki, bu addım məhkəmənin qlobal arenada təsirini zəiflədir və Qərbdə Ukraynan müttəfiqlərinin Vladimir Putini və onun ətrafını təcridetmə cəhdlərini sarsıdır.

Bu xəbər Kreml, Dövlət Duması və Federasiya Şurasında təkcə məmnuniyyətlə deyil, həm də kinayə ilə qarşılanıb. Moskva hesab edir ki, Trampın qərarı Co Baydenin rəhbərlik etdiyi Qərbin Putini beynəlxalq təcridə salmaq strategiyasına zərbə vurur.

"Mən, şübhəsiz, məmnunam. Bu, əla xəbərdir. BCM həddindən artıq çox şeyi özünə rəva görüb, indi isə Donald Tramp ona yerini göstərib. Bu, xoşdur", - Kremlin yüksək vəzifəli bir məmuru anonimlik şərti ilə nəşrə deyib.

Bir rusiyalı diplomat isə daha açıq danışaraq Trampın qərarını "Moskvaya hədiyyə" adlandırıb. "Bu, vəziyyəti kökündən dəyişməyəcək, lakin formal olaraq prezident, onun administrasiyası və təhlükəsizlik xidməti səfərləri planlaşdırarkən daha çox manevr imkanına sahib olacaq. Artıq Cənubi Afrikada BRİKS sammitinin fiaskosu kimi situasiyalardan qaçmaq olar", - diplomat qeyd edib.

Kreml rəsmi olaraq bu qərara ehtiyatlı münasibət göstərib. Prezidentin mətbuat katibi Dmitri Peskov bu haqda suala SİTA agentliyinə belə cavab verib: "Rusiya BCM-ni tanımır. ABŞ-ın ona qarşı sanksiyaları bizim işimiz deyil".

Rusiya qanunvericiləri isə daha açıq danışıb. Federasiya Şurasında BCM-i kinayəli şəkildə "səyyar sirkin çadır" adlandırıb, iki yüksək vəzifəli məmur- keçmiş Kreml rəsmisi və hazırda hökumətdə çalışan bir vəzifəli şəxs isə "The Moscow Times"-a verdiyi şərhdə Haaqadakı məhkəməyə və Trampın qərarına münasibətlərini eyni kobud ifadə ilə bildirib. "Bizim vecimizə də deyil".

Lakin bu qələbə tonu cəmi iki il öncə Kreml daxilində müşahidə olunan reaksiyalarla kəskin təzad təşkil edir. 2023-cü ilin martında BCM Vladimir Putinin, eləcə də uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verdikdə, Rusiyanın hakim elitasında ciddi gərginlik yaranıb. Üstəlik, yeddi ay sonra sabiq müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov da beynəlxalq axtarışa verilib.

2023-cü ilin aprelində BCM-in bu qərarı Kremldə təcili toplantıya səbəb olub, burada yüksək vəzifəli şəxslər mümkün nəticələri müzakirə edib. Şəxsi təhlükəsizliyi ilə bağlı mübtəla olan Putin bir sıra beynəlxalq səfərlərini, o cümlədən Cənubi Afrikada BRİKS sammitinə iştirakını ləğv etməyə məcbur olub, çünki həmin ölkə Haaqa məhkəməsinin yurisdiksiyasına tabedir.

Moskvanın bu narahatlığı açıq hədələrlə də müşayiət olunub. Rusiyanın keçmiş prezidenti və hazırda Ukrayna müharibəsinin ən radikal tərəfdarlarından biri olan Dmitri Medvedev BCM-in Haaqa qərargahına nüvə zərbəsi endirəcəyi ilə hədələyib.

Buna cavab olaraq Rusiya özünün hüquqi əks-hücumunu başladıb. Putin barədə qərar qəbul edən BCM hakim və prokurorlarını axtarışa verib və bu məhkəmə ilə əməkdaşlığa görə cinayət məsuliyyəti müəyyən edib.

Həbs orderinə baxmayaraq, Putin 2024-cü ilin sentyabrında BCM-in yurisdiksiyasını tanıyan bir ölkəyə, qonşu Monqolustana öz ilk və hələlik yeganə səfərini reallaşdırıb. İndi isə, Trampın sanksiyaları qüvvəyə mindiyindən, Kreml ümid edir ki, Vladimir Putinin beynəlxalq səfərlərinin coğrafiyası genişlənəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri