Moskvaya uçan 10 dan çox təyyarə ehtiyat hava limanlarına yönləndirilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rusiyanın paytaxtı Moskvanın hava limanlarında təhlükəsizlik səbəbilə tətbiq edilən müvəqqəti məhdudiyyətlər nəticəsində 10-dan çox təyyarə eniş edə bilməyib və alternativ hava limanlarına yönləndirilib.
Bu barədə TASS agentliyi paytaxtın hava limanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Domodedovo hava limanına uçan Düşənbə, İrəvan, Kalininqrad və Soçidən gələn dörd təyyarə Kazan və Moskvanın Şeremetyevo hava limanlarına yönləndirilib. Vnukovo hava limanına uçan daha 11 təyyarə isə Sankt-Peterburq, Kazan, Nijni Novqorod və Minskə göndərilib. Həmin təyyarələr İstanbul, Antalya, İzmir, Dubay, Tbilisi və Bodrumdan uçurdu.
Bundan başqa, Türkiyədən Moskvaya uçan üç təyyarə marşrutunu dəyişərək geri dönüb. Antalya istiqamətindən gələn iki təyyarə Polşa hava məkanı üzərində geri dönərək İstanbula yönəlib, İstanbuldan uçan daha bir təyyarə də geri qayıdıb. Bodrumdan Moskvaya uçan başqa bir təyyarənin də Litva üzərində geri döndüyü bildirilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına əsasən, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Məhdudiyyətlərin konkret səbəbi və nə vaxt aradan qaldırılacağı barədə ətraflı məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 Oktyabr 2026 05:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















