Moskvaya uçanlara vacib xəbər KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın dron hücumu səbəbindən Moskva hava limanlarında 400-dən çox uçuş təxirə salınıb.
KONKRET.az xəbər verir ki, ötən gecədən intensivləşən dron hücumları Rusiya paytaxtının hava limanlarının fəaliyyətini iflic edib.
Bildirilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Moskvaya edilən ən böyük dron hücumu fonunda paytaxtın hava qovşağındakı hava limanlarında bəzi uçuşların vaxtı dəyişdirilib və uçuşlar ləğv edilib.
Vnukovo Hava Limanında günün əvvəlindən bəri 11 uçuş ləğv edilib, 129 uçuş təxirə salınıb. Şeremetyevo Hava Limanında 247, Domodedovo Hava Limanında 27 uçuş təxirə salınıb və bir uçuş ləğv edilib. Jukovski Hava Limanında isə iki uçuş ləğv edilib, yeddi uçuş təxirə salınıb.
Qeyd edək ki, müharibə başlayandan bəri Moskva regionu ən böyük dron hücumuna məruz qalıb. 22 saylı İstilik Elektrik Stansiyası və Kapotnyadakı neft emalı zavodu hədəf alınıb. Moskva vilayətində dron yaşayış binalarına düşüb, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Moskvadan 20 km məsafədə “Flamingo” raketinin qalıqları aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















