Icma.az
close
up
RU
Mourinyo Fənərbaxçada hansı səhvlərə yol verir? ARAŞDIRMA

Mourinyo Fənərbaxçada hansı səhvlərə yol verir? ARAŞDIRMA

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

''Fənərbaxça''da yavaş-yavaş oxlar Joze Mourinyoya yönəlməyə başlayır. Çünki komanda göz görə-görə çempionluq yarışında əzəli rəqibi ''Qalatasaray''ı artıq çox irəli buraxıb. 17-ci turdan sonra xal fərqi 8-ə yüksələ bilər.

''Eyüpspor''a qarşı son matçın (1:1) ardından bu mövsüm ilk dəfə fanatlar portuqaliyalı mütəxəssisi istefaya dəvət etdi. Elə rəhbərlik səviyyəsində də toplantı keçirildi və komandanın durumu müzakirə olundu. Düzdü, həmin toplantıda Mourinyonun istefası ümumiyyətlə gündəmə gətirilmədi. Amma rəhbərliyin bu məşqçidən nəticələrin pisləşməsi ilə bağlı bir raport tələb edəcəyi gözlənilir.
Xəbər verdiyimiz kimi Mourinyo şənbə günü əməliyyat olunmaq üçün İstanbulu tərk etdi və oyunçulara 6 günlük istirahət verdi. 61 yaşlı məşqçi bazar ertəsi öd kisəsindən əməliyyat olunacaq. O, İstanbula cümə axşamı qayıdacaq və cümə günü dekabrın 27-də komandanı məşqə çıxaracaq. Mourinyo ''sarı-lacivərdlilər''in başında 7-ci ayını tamamlamaq üzrədi. Ona yönələn əsas tənqidlər bunlardı.
1. Sistem oturmayıb. ''Fənərbaxça'' bu mövsüm Mourinyo ilə artıq 26 rəsmi oyuna çıxıb. Ünlü mütəxəssis hələ də istədiyi sistemi komandaya aşılaya bilməyib. ''Fənər'' nə hücumda ideal görünür, nə də müdafiədə.
2. İdeal ''11-liy''in olmaması. İlk dövrə başa çatmaq üzrə olsa da, Mourinyonun hələ də ideal ''11-liy''i yoxdu. Düzdü, Tadiç, Şimanski, Amrabat və Livakoviç əsas heyətin vazkeçilməz üzvləridi. Amma digər oyunçular gah start heyətində meydana çıxırlar, gah da ehtiyatda qalırlar. Mourinyoya istədiyi sistemi oturtmağa mane olan məqamlardan biri də məhz budu.
3. Ulduzlar geriləyib. Ötən il komandanın ulduzu olanlardan yalnız Ceko ilə Tadiçin az-çox səviyyəsini qoruduğunu söyləmək olar. İrfan Can Kahveci ilə Şimanski başda olmaqla digərləri isə geriləyib. İrfan Can ötən mövsüm karyerasının ən uğurlu dönəmini keçirmişdi. Amma Mourinyo ondan faydalana bilmir. Sağ vinger mövqeyində əsasən Tadiç oynadığından İrfan tez-tez ehtiyatda qalır. Halbuki Tadiçin əsil mövqeyi sol cinahdı. Çoxsaylı tənqidlərə baxmayaraq Mourinyo bu durumu dəyişmək istəmir. Şimanskinin də faydalılığı aşağı düşüb. Amma onun müdafiəyə yardım etmək özəlliyi üzündən Mourinyo daim polşalıya start heyətində şans verir.
4. İstədiyi oyunçuların hamısı alınıb. Transfer baxımından Mourinyonun şikayət etməyə qətiyyən haqqı yoxdu. Camiədə ''Mourinyo kimi istədisə, hamısı alındı'' fikri hakimdi. Bu fikirlə razılaşmamaq çətindi. Amma yeni transferlərin faydalılığı istənilən səviyyədə deyil. Ən-Nəsiri son vaxtlar məhsuldarlığını bir qədər artırsa da, onun adaptasiya dönəmi çox uzun çəkdi. Yüksək məbləğ qarşılığında icarəyə götürülən Sen-Maksimen isə açıq aşkar ümidləri doğrultmur. Son oyunlarda o hətta start heyətindəki yerini Oğuz Aydına verməli olub.
5. Avrokubokların iştirak ərizəsi düzgün planlaşdırılmayıb. Türkiyə çempionatı ilə yanaşı avrokuboklara verilən iştirak ərizəsi də ''Fənər''in başına bəla oldu. Məsələn, müdafiənin solunda oynamağa oyunçu qalmayıb. Oostervolde zədə üzündən mövsümü başa vurubsa, o cinahda oynaya bilən 3 futbolçu - Kostiç, Levent Mercan və Oğuz Aydından heç birinin adı iştirak ərizəsinə salınmayıb! O mövqedə avrokuboklarda məcburi olaraq əsil mövqeyi sağ cinah olan Mərt Müldür oynayır.
6. İddialı rəqiblərlə görüşlərdə uğursuzluq. Joze Mourinyo ''Fənərbaxça''da köməkçiləri ilə birlikdə illik 14 milyon avro qazanır. Ona bu məbləğ yalnız Anadolu klublarını məğlub etsin deyə verilmir. Anadolu klublarını ''Fənər'' zatən məşqçisiz də məğlub edə bilər. Mourinyo iddialı rəqiblərlə görüşlərdə səviyyəsini, ideyalarını göstərməlidi ki, hələlik bunu bacarmır.
Təsnifat mərhələsində ''Lill''ə uduzmaqla Çempionlar Liqasında mübarizəni erkən dayandıran komanda superliqada ilk ''6-lıq''da yer alan rəqiblərin heç birini məğlub edə bilməyib! Bura Avropa Liqasında ''Mançester Yunayted'', ''Tvente'', ''Alkmaar'', ''Atletik''lə oyunları da əlavə etmək olar. Faktiki olaraq ''Fənər'' ilk dövrədə çətin sayıla biləcək rəqiblərdən yalnız ''Slaviya''nı məğlub edib.
Bütün bu məqamlar təbii ki, rəhbərliyi də düşündürür və bu yanlışların düzəldilməsi üçün Mourinyoya xəbərdarlıq ediləcəyi gözlənilir.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri